XƏBƏRLƏR

ADU-da “Ədəbiyyatda dini motivlər” mövzusunda dəyirmi masa keçirilib

21 dekabr, 2017

Dekabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Aytən Hacıyevanın təşkilatçılığı ilə “Ədəbiyyatda dini motivlər” mövzusunda dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən A.Hacıyeva Orta əsr mədəniyyətinin təşəkkül tapmasında dini mətnlərin əhəmiyyətini vurğulayaraq Şərq və Qərb ədəbiyyatında dini motivlərin bu və ya digər şəkildə əks olunmasından bəhs edib.

Filologiya elmləri doktoru Siracəddin Hacıyev Orta əsrlər müsəlman ədəbiyyatında dini mənbələrdən bəhrələnmənin bir ənənə şəklini aldığını qeyd edib. O, Şərqin Sənai, C.Rumi, Hafiz, Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli və s. kimi dühalarının söz xəzinəsində yer alan dini obrazlara dair nümunələri təhlil edib, eyni zamanda sözügedən söz xiridarlarının dini mənbələrdən istifadə məqsədlərini açıqlayıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.