XƏBƏRLƏR

ADU-da “Nosotros, los Nobles” adlı film nümayiş olunub

15 dekabr, 2017

Dekabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və İspan dili mərkəzinin birgə təşkilatçılığı ilə Auditoriya+ layihəsi çərçivəsində universitetin ispandilli tələbələrinə “Nosotros, los Nobles” adlı Meksika filmi nümayiş olunub.

Komediya janrında olan filmin nümayişində iştirak edən Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores film haqqında ümumi məlumat verib.

Filmin nümayişindən sonra səfir tələbələrin filmlə bağlı təəssüratlarını öyrənib, qarşılıqlı fikir mübadiləsi aparılıb.