XƏBƏRLƏR

ADU-da “Erasmus+” layihəsi çərçivəsində silsilə təqdimatlar keçirilib

08 dekabr, 2017

Cari ilin noyabr-dekabr aylarında Azərbaycan Dillər Universitetində (ADU) “Erasmus+” layihəsi çərçivəsində bağlanmış müqavilələr” mövzusunda silsilə təqdimatlar keçirilib. Təqdimatlarda ADU-nun Beynəlxalq əlaqələr Departamentinin müdiri Nigar Sultanova, universitetin “Erasmus+” layihəsi üzrə koordinatoru İlham Abasov və “Erasmus+” proqramının ölkəmizdəki ofisinin rəhbəri Pərviz Bağırov iştirak edib.

Təqdimatlarda universitetin tələbə, müəllim və işçi heyətinin mübadiləsi haqqında müzakirələr aparılıb, proqram çərçivəsində perspektivli ixtisaslar üzrə təhsil almaq imkanları barədə ətraflı məlumat verilib. Eyni zamanda proqrama müraciət etməklə bağlı tələbələrə qaranlıq qalan məqamlara aydınlıq gətirilib.

Görüşlər tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.