XƏBƏRLƏR

ADU-da “İspan günü” qeyd edilib

12 oktyabr, 2017
Oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) İspan dili Mərkəzinin təşkilatçılığı ilə İspaniyanın milli bayramı olan “İspan günü” qeyd olunub. Tədbirdə ispaniyalı müəllim Fransisko Capilla Martin bayramın tarixi, bayram mərasimləri haqqında təqdimatla çıxış edib və tələbələrin suallarını cavablandırıb.