ADU-da “Avropa İttifaqının müasir durumu: Brexit” mövzusunda nümunəvi dərs keçirilib
Oktyabrın 11-də Azərbaycan Dillər Universitetində (ADU) Auditoriya+ proqramı çərçivəsində “Avropa İttifaqının müasir durumu: Brexit” adlı nümunəvi dərs keçirilib.
Universitetin Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə keçirilən dərsdə Beynəlxalq əlaqələr Departamentinin müdiri Nigar Sultanova “Lissabon sazişinin 50-ci bəndi” mövzusunda slayd təqdim edib. O, uzun müddət davam edən maliyyə böhranı, iqtisadi tənəzzül və digər proseslərin Avropa İttifaqının bir struktur olaraq gələcək taleyinə mümkün təsir istiqamətləri və Böyük Britaniyanın bu ittifaqda rolu barədə tələbələrə ətraflı məlumat verib.
Daha sonra Beynəlxalq əlaqələr Departamentinin digər əməkdaşları eyniadlı mövzuda təqdimatlar edib.
İnteraktiv şəkildə keçən dərs tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona çatıb.