XƏBƏRLƏR

ADU tələbələrinin istehsalat təcrübəsi başa çatıb

02 iyun, 2017
İyunun 2-də Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə, Filologiya və jurnalistika, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültələrinin 2016-2017-ci tədris ilində bakalavr ali təhsil pilləsində təhsillərini bitirən tələbələrinin istehsalat təcrübəsinə həsr edilmiş yekun  konfransı keçirilib. ADU-nun Təcrübə, professional inkişaf və karyera mərkəzinin direktoru, universitet üzrə pedaqoji təcrübənin rəhbəri Məmməd İsmayılov tələbələrin təcrübə müddətindəki davamiyyətindən, istehsalat təcrübəsinin tələbələrin gələcək elmi fəaliyyətindəki rolundan danışıb. O, həmin müddət ərzində tələbələrin istehsalat təcrübəsi keçdiyi təşkilatlara təcrübə ilə bağlı göndərilən sorğunun nəticələrini açıqlayıb. Konfransda tələbələr istehsalat təcrübəsində olduqları təşkilatlar haqqında təəssüratlarını bölüşüb. Sonda müzakirələr aparılıb, tələbələrin təklifləri dinlənilib və sualları cavablandırılıb.