XƏBƏRLƏR

Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib

01 iyun, 2017
Prezident İlham Əliyev Kamal Abdullayevin (Kamal Abdulla) Azərbaycan Dillər Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Kamal Mehdi oğlu Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib. Qeyd edək ki, bu təyinata qədər Kamal Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsində çalışıb.