XƏBƏRLƏR

ADU təmsilçiləri Koreyaşünaslıqla bağlı konfransda iştirak edib

12 may, 2017
Mayın 5-dən 7-ə qədər Koreya Fondunun (KF) sponsorluğu və Gürcüstanın Free Universiteti və Qafqaz Koreya Tədqiqatçılar Birliyinin təşkilati dəstəyi ilə Tiflisdə Free Universitetində 3-cü Qafqaz Koreyaşünaslıq məsələlərinə həsr olunmuş konfrans və 2-ci Qafqaz Koreya dili danışıq müsabiqəsi keçirilib. Konfransda Azərbaycan Dillər Universitetini (ADU) İspan və Koreya dillərinin tərcüməsi kafedrasının müəllimləri Choi Ho, Lee Younhong və Xəlilova Günay təmsil ediblər. Danışıq müsabiqəsində isə universitetimizi 371-ci qrup tələbələri Namazova Nərminə və Aydayeva Fəridə təmsil edib. Bu konfrans çərçivəsində Qafqaz Koreya Tədqiqatçılar Birliyinin ümumi iclası da keçirilib. İclasda birliyin nizamnaməsi, birliyin gələcəkdə necə idarə ediləcəyi, Qafqaz ölkələrində Koreyaşünaslıq və Koreya dilinin inkişafı yolunda atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.