XƏBƏRLƏR

“Linqvokulturologiyanın müasir problemləri – Reallıqlar, perspektivlər” mövzusunda I Beynəlxalq elmi onlayn konfrans

19 may, 2022

 

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

 

“Linqvokulturologiyanın müasir problemləri – Reallıqlar, perspektivlər” mövzusunda   I Beynəlxalq elmi onlayn konfrans

 

17 iyun 2022-ci il tarixində Azərbaycan Dillər Universitetində “Linqvokulturologiyanın müasir problemləri – Reallıqlar, perspektivlər” mövzusunda   I Beynəlxalq elmi onlayn konfrans keçiriləcəkdir.

Konfransın məqsədi aparıcı alimləri, doktorantları və gənc tədqiqatçıları Linqvokulturologiyanın bütün aspektləri üzrə təcrübə və tədqiqat nəticələrini mübadilə etmək və bölüşmək üçün bir araya gətirməkdir. Bu konfrans sahələr üzrə geniş mövzuları əhatə edən onlayn plenar və fərdi sessiyalardan ibarət olacaq.

Sizi bu konfransda iştiraka dəvət edirik.

 

Konfrans aşağıdakı mövzuları əhatə edəcəkdir:

  • Dil və mədəniyyət müxtəlif dilçilik paradiqmləri kontekstində
  • Dil variantları və dil müxtəlifliyi
  • Dildə Müxtəliflik və SosialLinqvistik Bərabərlik
  • Elmlərarası inteqrasiya-linqvokulturoloji anlamda
  • Dillər və mədəniyyətlər. Mədəni-linqvistik və etnomədəni özünüdərk
  • Dillərin və mədəniyyətlərin müqayisəli tədqiqi
  • Xarici dillərin tədrisinin linqvokulturoloji aspektleri
  • Dillərin və mədəniyyətlərin tədrisində ənənələr və innovasiyalar
  • Pedaqoji təhsildə mədəni məzmunlu biliklərin inkişafı
  • Mədəniyyətlərarası ünsiyyət və tərcümənin linqvokulturoloji problemləri
  • Koqnitiv və mədəniyyətşünaslıqda fənlərarası tədqiqatların kəsişməsində tərcümə problemləri
  • Ədəbiyyatşünaslıq, tərcümə və mətnin interpretasiyası
  • Multikultural cəmiyyətdə linqvistik rəngarənglik
  • Medianın linqvokulturoloji kompetensiyaya təsiri
  • Dil, cəmiyyət və mədəniyyət. Dil və mədəniyyətin inkişafına ictimai-siyasi amillərin təsiri.
  • Dünya xalqlarının linqvo-folklor ənənələri. Dünyanın dil mənzərəsinin yazıçıların əsərlərində əksi.
  • Dünyanın dil mənzərəsi və dil və mədəniyyətin qarşılıqlı əlaqəsi

Qaydalar

Plenar iclasın məruzələri  (20 dəq.), bölmələrdə (10 dəq.), müzakirələr (5 dəq.)

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Tezislərin müəlliflərindən ödəniş haqqı tələb olunmur, tezislər/materiallar toplusu PDF formatında nəşr olunacaq. Konfransdan sonra Jurnalda məqalələrin (tam versiyası) dərc olunması üçün elan veriləcək.Konfransa göndərilmiş, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər çap ediləcəkdir.

 

Tezislərin son göndərilmə tarixi:                                            8 iyun 2022-ci il 

 Tezislərin tərtibinə qoyulan tələblər: 

 müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);

təmsil etdiyi müəssisənin  adı – 12 pt, tünd rəng;

tezislərin adı – 14 pt, tünd rəng, ortadan;

tezislərin həcmi – 350-500 söz, format–A4, səhifələr nömrələnmir;

açar sözlər (3-5 söz, tezisin yazıldığı dildə) – 12 pt, tünd rəng;

tezislər Times New Roman şrifti ilə 12 pt ilə;

yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;

sətirlərarası məsafə (interval) –1,5 sm;

istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);

Tezislər elektron variantda təqdim olunmalıdır.

Konfrans iştirakçılarının əlavədə göstərilən qeydiyyat vərəqini doldurub, e-mail ünvanına göndərmələri xahiş olunur. Konfrans Zoom platformasında keçiriləcəkdir. Qeydiyyatdan keçən iştirakçıların e-mail ünvanına link göndəriləcəkdir.

 Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilmir, bununla bağlı müəlliflərə əlavə məlumat verilmir.                     

 Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: 050 776 42 18     E-mail:  [email protected]

“Linqvokulturologiyanın müasir problemləri – Reallıqlar, perspektivlər” mövzusunda   I Beynəlxalq elmi onlayn konfrans

 

BÖLMƏLƏR

I BÖLMƏ              Elmlərarası inteqrasiya- linqvokulturoloji aspektdə

II BÖLMƏ            Xarici dillərin tədrisinin linqvokulturoloji aspektləri

III BÖLMƏ          Qloballaşma şəraitində linqvokulturologiyanın actual məsələləri

IV BÖLMƏ    Mədəniyyətlərarası ünsiyyət və tərcüməninlinqvokulturoloji problemləri

V BÖLMƏ             Dil və mədəniyyət müxtəlif dilçilik paradiqmləri kontekstində

 

QEYDİYYAT VƏRƏQİ

“Linqvokulturologiyanın müasir problemləri – Reallıqlar, perspektivlər” mövzusunda   I Beynəlxalq elmi onlayn konfrans

İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı

                                          

Təmsil etdiyi müəssisə, şəhər

 

Telefon nömrəsi, elektron ünvan