XƏBƏRLƏR

Azərbaycan Dillər Universiteti Çin bayramını qeyd edib

06 aprel, 2017
Aprelin 6-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin ənənəvi bayramı “Təmiz aləm bayramı”na (Tsinmin) həsr olunmuş tədbir keçirilib. Tədbirin açılışında Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov baharın gəlişi və həlak olmuş qəhrəmanların xatirəsini simvolizə edən bayramın tarixi haqqında danışıb. Konfutsi İnstitutunun əməkdaşları “Tsinmin” xalq ənənəsi, ifa və rəqsləri, idman yarışları, ilanvari kağız uçurtmalarının müşayiəti altında şəhərkənarı gəzintilər və yaz sahə işlərinin aparılması barədə məlumat veriblər. Tədbirdə bu bayramın çinlilər üçün əcdadlara hörmət ifadə etdiyi və nəsillər arasında əlaqə yaratmağa dəstək olduğu qeyd olunub.