XƏBƏRLƏR

Almaniyanın Vürtsburq Universitetinin professoru ADU-da mühazirə oxuyub

14 mart, 2017
Martın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman müəllim və tələbələrə "Heinrich von Morungen: Minnesang" mövzusunda mühazirə oxuyub. Tələbə və müəllimlər tərəfindən maraqla qarşılanan mühazirədə professor onları maraqlandıran sualları cavablandırıb. Qeyd edək ki, Ziqlinde Hartman (Sieglinde Hartmann)  ADU- nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayevin təklifi və Alman dili kafedrasının baş müəllimi Sənubər Zeynalovanın təşkilatçılığı ilə almandilli tələbə və müəllimlər üçün 16.03.2017-ci il tarixədək ADU-da mühazirələr aparacaq.