XƏBƏRLƏR

“HEYDƏR ƏLİYEV: multikulturalizm və tolerantlıq ideologiyası”

10 yanvar, 2018
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  “HEYDƏR ƏLİYEV: multikulturalizm və tolerantlıq ideologiyası” I Beynəlxalq elmi konfrans keçiriləcək 4-5 may 2018-ci ildə Azərbaycan Dillər Universiteti, Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” I Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın bölmə iclasları Azərbaycanla yanaşı Almaniya, İtaliya, Portuqaliya, Rusiya, Çin, Türkiyə və Gürcüstan universitetlərində təşkil olunacaq. Azərbaycan Dillər Universitetində təşkil ediləcək “Heydər Əliyev və azərbaycançılıq” adlanan bölmə öz işini aşağıdakı istiqamətlər üzrə aparacaqdır:
  • Heydər Əliyev siyasəti: multikulturalizm və tolerantlıq ideyaları
  • Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi
  • Müasir Azərbaycan beynəlxalq münasibətlər sistemində
  Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis Sizi bu konfransda iştirak etməyə dəvət edirik. İştirakla bağlı məlumat, məruzə və onun tezisləri elektron formada 5 aprel 2018-ci il tarixindən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir: E-mail:  [email protected] Konfransın təqvimi:
Məqalələrin göndərilməsi üçün son tarix 5 aprel 2018-ci il
Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi 10 aprel 2018-ci il.
Konfransın açılış mərasimi 10 aprel 2018-ci il
Bölmənin iclasları 4-5 may 2018-ci il
Konfransın bağlanış mərasimi 5 may 2018-ci il
  FORMA 1. Məruzə və tezislərin tərtibi qaydaları:
  1. Məruzə - həcm 10 səhifəyə qədər, format A4, ölçü 14, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətn sətirdən-sətirə keçirilmədən yığılmalıdır. Səhifələr nömrələnmir.
  2. Tezislər – həcm 3 səhifəyə qədər,  format A4, ölçü 12, şrift  Times New Roman və məruzəyə qoyulan oxşar tələblər.
  3. Xülasə: məruzənin və tezislərin dilindən asılı olaraq - ingilis və rus, Azərbaycan və ingilis, Azərbaycan və rus dillərində.
  4. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
  Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: mənbələr kvadrat mötərizədə göstərilir,  məsələn: Ədəbiyyat siyahısı əlifba sırası ilə düzülür: Monoqrafiyalar   -  Vereninova J.B. Morfonologiya. Moskva: Nauka, 2013. Məqalələr: Maleva A.N. Rus morfologiyasının əsasları// MDU-nun məlumat bülleteni, 2015, səh.17-33. Məruzənin strukturu:
  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhər adi şriftlə
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məruzələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək. Konfransın materialları toplu (məruzələrin tezisləri) və elektron kitab  (məruzələr) şəklində nəşr ediləcəkdir. Təşkilati məsələlərlə bağlı suallarınızı  bu ünvana göndərə bilərsiniz: Azərbaycan Dillər Universiteti, Bakı şəhəri, Rəşid Behbudov küçəsi 134, AZ1014. E-mail: [email protected]
Soyadı, adı, ata adı  
Elmi dərəcə  
İş yeri, vəzifə  
Poçt ünvanı (ölkə, şəhər, indeks)  
Əlaqə nömrələri  
Məqalənin adı  
Məqalənin və tezislərin nəşrinə, habelə bu materialların açıq elektron məlumat bazalarında yerləşdirilməsinə və çap olunmasına müəllifin razılığı         Müəllifin imzası
Telefonlar: +994124412331 +994124412231                   FORMA 2. Konfransda iştirak üçün bildiriş                   QEYD: Çap olunmuş məruzələr toplusu bölmə iclaslarının sonunda təqdim olunacaqdır.