XƏBƏRLƏR

ADU-da Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

14 dekabr, 2016

 

Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikası Prezidentinin Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən Ceyhun Hacıbəylinin anadan olmasının 125 illik yubleyinə həsr olunmuş tədbir keçrilib.

Kitabxana İnformasiya Mərkəzinin (KİM) bölmələrindən olan Oxu zalının rəhbəri Güllüzar Məmmədovanın təşkilatçılğı ilə keiçrilən tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Tədbirdə milli ədəbi-ictimai fikir tarixinə töhfələr vermiş C.Hacıbəylinin mədəniyyətimizin inkişafı və təbliği sahəsindəki mühüm xidmətlərindən, həyat və yaradıcılığından söz açılıb. Həmçinin, Azərbaycan ədəbiyyatı tarixində xüsusi rolu olan C.Hacıbəylinin məşhur Hacıbəyovlar nəslinin görkəmli nümayəndəsi olduğu da qeyd edilib.

Daha sonra C. Hacıbəylinin şəxsiyyəti, fəaliyyəti, publisistikası haqqında videofilmlər izlənilib.