ADU-da “Fransada cəmiyyət” mövzusunda elmi seminar keçirilib
12 dekabr, 2016
Dekabrın 9-da Azərbaycan Dillər Universitetində (ADU) universitetin Fransa Məlumat Mərkəzinin təşkilatçılığı ilə “Fransada cəmiyyət” mövzusunda elmi seminar keçirilib.
Tədbirin əvvəlində universitetin Fransız dili kafedrasında professor-müəllim heyəti ilə görüş keçirilib.
Bakı Fransız Liseyinin direktoru Filip Sirot və liseyin müəllimi Jan Jak Dübröyun iştirakı ilə keçirilən seminarda Fransada həyat tərzi, cəmiyyət, siyasi struktur, nəqliyyat haqqında məlumat verilib. Seminarda həmçinin Bakı Fransız Liseyində struktur, tədris prosesi, şagirdlərin və müəllimlərin qəbulu məsələlərinə toxunulub.