XƏBƏRLƏR

ADU-da “Motivasiya və şəxsi brendinq” mövzusunda təlim keçirilib

08 dekabr, 2016
  Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının müəllimi Türkan Əliyevanın təşəbbüsü ilə “Motivasiya və şəxsi brendinq” mövzusunda təlim keçirilib. “GR8”  şəxsi və professional inkişaf  klubunun təlimçisi Aygün Novruzovanın apardığı təlim debat və diskussiyalar şəklində təşkil olunub. Universitetin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.