XƏBƏRLƏR

ADU-da Bədii Şura yaradılıb

05 yanvar, 2018

Azərbaycan Dillər Universitetində (ADU) 8 nəfərdən ibarət olan Bədii Şura yaradılıb. Bədii Şura ədəbi-bədii və musiqili tədbirlərin bədii səviyyəsinin yüksəldilməsi, onların təşkilində pərakəndəlik və qeyri-peşəkarlığın aradan qaldırılması, seçilmiş repertuara və tədbirlərin müddətinə nəzarətin təmin edilməsi məqsədi ilə yaradılıb.

Qeyd edək ki, universitetdə hazırlanacaq tədbirlərin proqramı və iştirakçılarının tərkibinin Bədii Şura ilə razılaşdırılması vacibdir, eyni zamanda Bədii Şura ilə razılaşdırılmamış və müvafiq tələblərə cavab verməyən tədbirlərin keçirilməsinə icazə verilməyəcək.