XƏBƏRLƏR

ELAN

17 aprel, 2020

Hörmətli müəllimlər,

Azərbaycan Dillər Universitetinin də üzv olduğu Xarici Universitetlərin Qlobal Birliyi (GAFSU) 28-29 sentyabr 2020-ci il tarixlərində Meksika Milli Universitetində (UNAM) “Xarici dillərin tədrisi sahəsində ən yaxşı təcrübələr - 2020” adlı kollokvium keçirəcək. GAFSU 2017-ci ildə xarici dilin tədrisi və tədqiqatını asanlaşdırmaq məqsədilə Çinin Pekin Universiteti tərəfindən təklif olunmuş və elə həmin il Xarici Universitetlərin Prezidentlərinin Qlobal Birliyi & Regionşünaslıq və Qlobal İdarəetmə 2017 Forumu zamanı yaradılmışdır.

/ckuploads/files/GAFSU%20UNAM%20-%20Reply%20Form-2.docx