XƏBƏRLƏR

İspan dili mərkəzi virtual görüş keçirib

11 aprel, 2020

10 aprel tarixində İspan dili mərkəzinin təşkilatçılığı ilə Argentina Respublikasının ölkəmizdəki fövqəlada və səlahiyyətli səfiri cənab Serxio Peres Guneya ilə Azərbaycan Dillər Universitetinin İspan dili ixtisası üzrə təhsil alan tələbələri arasında virtual görüş keçirilib. Görüş əsnasında Argentinanın mədəniyyəti, adət və ənənələri, keçirilən bayramları haqqında məlumat verən  cənab səfir tələbələrin suallarını cavablandırıb. Həmçinin səfir öz ölkəsinə məxsus Mate içkisinin hazırlanma qaydasını virtual olaraq tələbələrə nümayiş etdirib. Sonda isə Argentinanın məşhur rəqsi olan Tangonun musiqisi dinlənilib.