XƏBƏRLƏR

Beynəlxalq konfrans: “Süni intellekt və humanitar elmlər: müasir vəziyyət və perspektivlər”  - ELAN

04 iyul, 2025

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

“Süni intellekt və Humanitar elmlər: Müasir vəziyyət və perspektivlər”

adlı  Beynəlxalq elmi konfrans

 

Konfrans 21 noyabr 2025-ci il tarixində keçiriləcəkdir.

Konfransın istiqamətləri:

 I. Dilçilik (koqnitiv dilçilik, neyrolinqvistika, korpos dilçiliyi, sosiolinqvistika)

II. Tərcüməşünaslıq (maşın tərcüməsi)

III. Ədəbiyyatşünaslıq (Ədəbiyyat süni intellekt dövründə)

IV. Xarici dillərin tədrisi metodikası

V. Psixologiya və fəlsəfə

VI. Media tadqiqatları

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Tezislərin göndərilməsinin son tarixi:                                15 Sentyabr 2025-ci il   

Tezislərin quruluşu, tərtibi qaydaları:

-tezisin adı ortadan, qara iri şriftlə çap olunmalıdır;

-müəllifin adı, atasının adı, soyadı, elmi dərəcəsi, iş yeri, elektron ünvanı, əlaqə nömrəsi göstərilməlidir.

Tezisin mətni:

· tezislərin həcmi – 3 səhifəyə qədər, format–A4;

· açar sözlər Azərbaycan, ingilis və rus dillərində (3-5 söz) – 12 pt ilə;

· tezislər Times New Roman şrifti – 12 pt ilə;

· hər tərəfdən kənar boşluqlar – 2 sm;

· sətirlərarası məsafə (interval) –1,5 sm;

· istinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);

· tezislər elektron variantda təqdim olunmalıdır.

Konfransa göndərilən, antiplagiat sistemində yoxlanılmış və təşkilat komitəsinin müsbət rəy verdiyi tezislər qəbul ediləcəkdir.

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel: (+994 12) 441 22 78  (daxili 2 57),  (+994 77) 757 97 00

E-mail: [email protected]