ADU TGT-nin sədri beynəlxalq konfransda iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ARP DİA) Tələbə Gənclər Təşkilatlarının (TGT) nümayəndələri beynəlxalq elmi konfransda iştirak ediblər.
Bildirilib ki, sözügedən konfrans iyunun 3-də Bakı Təqəbbüs Qrupunun təşkilatçılığı ilə “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilib. Müxtəlif ali təhsil müəssisələrindən nümayəndələr, tədqiqatçılar və tələbələr iştirak ediblər.
ADU və ARP DİA-nın Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri Nicat Əliyev və İxtiyar Mahmudzadə dəvətli nümayəndə qismində iştirak ediblər.
Eyni zamanda, adıçəkilən ali təhsil müəssisələrinin TGT üzvləri tədbirin təşkilində könüllü fəaliyyət göstərərək fəallıqları ilə seçiliblər. Bakı Təqəbbüs Qrupunun könüllüləri də konfransın təşkilində yaxından iştirak edərək yüksək səviyyədə əmək sərgiləyiblər.
Tədbirin əsas məqsədi imperializmin siyasi və ideoloji təsirlərinin elmi müzakirəsi və müasir dövrdə müstəmləkəçilik anlayışının müxtəlif aspektlərdən təhlili olub.



