XƏBƏRLƏR

Qurban bayramı münasibətilə ADU kollektivinə təbrik

05 iyun, 2025

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla Qurban bayramı münasibətilə universitetin kollektivini, tələbə, magistr və doktorantları təbrik edib. 

Təbrikdə deyilir: 

Əziz professor-müəllim heyəti, tələbə, magistr və doktorantlarımız! 

Sizi dünya müsəlmanlarının həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza ən xoş arzularımı ünvanlayır, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. 

Etdiyiniz duaların, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını diləyirəm. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin. 

Qurban bayramınız mübarək olsun!