XƏBƏRLƏR

Xalq şairi Vahid Əziz ADU-da qonaq olub

03 iyun, 2025

İyunun 3-də Azərbaycan Dillər Universitetində (ADU) Xalq şairi Vahid Əzizlə görüş keçirilib. Tədbirdə Universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elmi işlər üzrə prorektor, professor Həmidə Əliyeva xalq şairini salamlayıb və bu cür görüşlərin tələbələrin intellektual və mənəvi inkişafında mühüm rol oynadığını vurğulayıb.

Çıxışı zamanı Vahid Əziz Azərbaycan Dillər Universitetinin ölkənin humanitar və mədəni mühitindəki yerindən bəhs edib. O, ADU-nun gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında mühüm rol oynadığını vurğulayıb və universitetin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.

Tədbir çərçivəsində şair tələbələrin suallarını cavablandırıb, poeziyanın cəmiyyətdəki rolu, yaradıcılıq yolu və ədəbi baxışları barədə fikirlərini bölüşüb.

Görüş zamanı tələbələr şairlə birlikdə onun müəllifi olduğu şeirləri səsləndiriblər. Həmçinin şairin sözlərinə bəstələnmiş musiqi parçaları ifa olunub.