VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək – ELAN

78

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti dəfə 2019-cu il, 27-29 sentyabr tarixində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Nəşriyyat-poliqrafiya müəssisələri, kitab evləri və s. aidiyyəti qurumlar sərgi-yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.

Sərgi-yarmarkayaziyarətçiqismində qatılmaq və həmin tədbirlərdə iştirak etmək sərbəstdir.

Sərgi-yarmarka üç gün davam edəcək.

SHARE