Cahangirov Fikrət Fətiş oğlu
Filologiya elmləri doktoru, professor
Azərbaycan Dillər Universiteti, Təhsil fakültəsinin dekanı,
Fakültə Elmi Şurasının sədri
İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının (FJF) professoru
E-mail: [email protected]
Tel: (+99412) 564 06 83

Qısa bioqrafik məlumat

*1971-ci il aprelin 01-də Biləsuvar rayonu İsmətli kəndində anadan olub.
*1978-1988-ci illərdə İsmətli kənd orta məktəbində təhsil alıb.
*1989-1991-ci illərdə orduda hərbi xidmət edib.
*1992-1997-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis-fransız dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirib.
*1997-2001-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında müəllim işləyib.
*1998-2000-ci illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dissertantı olub.
*2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür (Üzvlük vəsiqəsi №174724)
*2001-2007-ci illərdə ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasında baş müəllim, dosent və eyni zamanda Roman-german filologiyası fakültəsinin dekan müavini vəzifələrində işləyib.
*2001-2006-cı illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı olub.
*2007-2013-cü illərdə ADU-nun Filologiya fakültəsinin dekanı olub.
*2013-cü ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin seçki kampaniyasında təbliğatçı olmuşdur.
*2013-2015-ci illərdə  ADU-nun İngilis dilinin üslubiyyatı kafedrasının müdiri və professoru
*2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti
*2015-2017-ci illərdə ADU-nun Pedaqoji (Ingilis dili və alman dili üzrə) fakültəsinin dekanı, İngilis dilinin üslubiyyatı kafedrasının professoru
*2016-cı ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının sədr müavini
*2017-ci ildən ADU-nun Təhsil fakültəsinin dekanı, İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru
*Ailəlidir.

Təhsili, elmi dərəcə və elmi adları

*1997, Azərbaycan Dillər Universiteti, İngilis-fransız dilləri fakültəsi, fərqlənmə diplomu
*2000, Filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti.
*2004, Dosent, Azərbaycan Dillər Universiteti.
*2006, Filologiya elmləri doktoru, AMEA-nın Dilçilik İnstitutu.
*2009, Professor, Azərbaycan Dillər Universiteti.

Əmək fəaliyyəti

*1997-2001, müəllim, baş müəllim, ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası
*2001-2008, dosent, ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası
*2001-2007, dekan müavini, ADU-nun Roman-german filologiyası fakültəsi
*2007-2013, dekan, ADU-nun Filologiya fakültəsi
*2008-2013, professor, ADU-nun İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrası
*2013-2015, kafedra müdiri, professor, ADU-nun İngilis dilinin üslubiyyatı kafedrası
*2013-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti
*2015-ci ildən ADU-nun Pedaqoji (Ingilis dili və alman dili üzrə) fakültəsinin dekanı, İngilis dilinin üslubiyyatı kafedrasının professoru

Tədqiqat sahəsi və bildiyi xarici dillər

*German dilləri, Dil nəzəriyyəsi, Müqayisəli-tipoloji dilçilik, Müqayisəli-tarixi dilçilik
*İngilis, fransız, rus,  türk dilləri

Respublika və Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

* 1999, Bakı, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu dissertantlarının elmi konf­ransı.
* 2003, Bakı, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu, Beynəlxalq konfrans.
* 2007, Bakı, ADU, Dilçiliyin və dillərin tədrisinin aktual problemlərinə həsr olunmuş   Beynəlxalq elmi konfrans.
* 2008, Antverpen, Belçika, TEMPUS proqramı çərçivəsində “Ali təhsildə keyfiyyətə təminat” üzrə beynəlxalq seminar-treyninq.
*2009, Bakı, ADU, “Elm ili”nə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda Respublika elmi konfransı.
*2010, Bakı, ADU, “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər”mövzusunda Beynəlxalq elmi konfrans.
*2010, Bakı, ADU, “Bolonya prinsiplərinin tətbiqi təcrübəsi”mövzusunda Respublika elmi konfransı.
*2010, Los-Ancels, ABŞ, “Language Systems International College of English”, Beynəlxalq dil təlimləri
*2011, Bakı, ADU, Universitetlərarası dialoq: Auditoriyanın idarə olunması, qiymətləndirmə, şəffaflıq Respublika Elmi-praktiki konfransı.
*2011, Frayburq (Almaniya), “International Journal of Arts and Sciences” jurnalının təşkil etdiyi Beynəlxalq illik konfrans.
*2016, Bakı, ADU, “Koqnitivlik və tətbiqi dilçiliyin aktual problemləri” adlı Beynəlxalq elmi  konfrans. Bakı, 21-22 oktyabr.

Çap olunmuş əsərləri

1) Dərslik, dərs vəsaiti və monoqrafiyaları
*2000,Perfekt zamanlar. Bakı, «Elm», 77 s.
*2003, İngilis dilindən leksik çalışmalar toplusu (I, II kurslar üçün metodik vəsait). Bakı, «Nurlan», 122 s.
*2003, Modality in English: Semantic, pragmatic and psycholinguistic approaches. Islamic Republic of Iran,Tabriz, Sarab University, Akhtar Publication, 201s.
*2005, İngilisvəAzərbaycandillərindəmodallığınstruktur-semantiktədqiqi.Bakı, «Elm»,312 s.
*2006, The problem of modality in Germanic and Turkic Languages. Bakı, «Elm», 100s.
*2007, İngilis dilində perfekt zamanlar sistemi və onun Azərbaycan dilində ifadəsi. Bakı, «Elm»,122 s.
*2013, İngilis dilinin leksikası üzrə praktikum. Bakı, “Letterpress”, 132 s.
*2014, Dil və mədəniyyət. Bakı, “Elm və Təhsil” nəşriyyatı, 308 səh.

2) Seçilmiş elmi məqalələri
*1998,İngilis dilində perfekt formaları haqqında bəzi qeydlər.«Tədqiqlər», №2, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*1999, Present Perfect (indiki zaman Perfekti) və onun Azərbaycan dilində ifadə formaları. «Tədqiqlər», №4, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*1999, İngilis dilində bədii mətndə perfekt zaman formaları.«Tədqiqlər», №5, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*2000, İngilisdilində Future Perfect (gələcəkza­manperfekti) vəonunAzərbaycandilindəifadəformaları. Dilçilik məsələləri, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*2000, Zaman: fəlsəfi və qrammatik işıqda. Azərbaycan EA xəbərləri. Ədəbiy­yat, dil və incəsənət seriyası, № 3-4.
*2000, İngilis dilində perfekt zaman formalarının üslub xüsusiyyətləri.«Tədqiqlər»,№2, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutu.
*2003, Modallıq kateqoriyasına dair bəzi qeydlər.«Tədqiqlər», №1, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu.
*2003, Felin xəbər şəklinin modallığı. Dil və ədəbiyyat (nəzəri, elmi-meto­dik jurnal), №4, BDU.
*2003,  Modallıq kateqoriyasının məntiqi və qrammatik mahiyyəti (ilkin qeydlər). AMEA-nın xəbərləri (Humanitar və ictimai elmlər seriyası), № 1-4.
*2003, Modallığın linqvistik statusu. ADU-nun Elmi xəbərlər, № 4.
*2003, Mətnlərdə funksional – semantik sahə və modallıq.«Tədqiqlər», №3, Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu.
*2004, К вопросу о модальности в германских языках.Вопросы филологических наук, № 4 (8), Москва.
*2004, Некоторые заметки о проблеме модаль­ности в тюркских языках. Вопросы гуманитарных наук, № 4 (13), Москва.
*2004, Modal aktuallaşma.Azərbaycan Milli Elmlər Akademi­yasının Məruzələri.LX cild, № 1-2
*2004, Məntiqi modallıq kateqoriyası. Filologiya məsələləri, №1.
*2004, Modallığınifadəsininanalitikvəsintetiküsulları. Dilvəədəbiyyat (Nəzəri – elmi-me­todikjurnal), № 1, BDU.
*2004, Germanşünaslıqdamodallıqkateqoriyası­nıntədqiqi. AMEA-nınxəbərləri (Humanitarelmlərseriyası, № 2.
*2005, Azərbaycan dilçiliyində modallıq kateqo­riyasının tədqiqi. Azərbaycan dili və ədəbiyyatı tədrisi, № 1.
*2005, Əmr modallığı. Elm və cəmiyyət,№ 3, Bakı Slavyan Universiteti nəşri.
*2005, İngilis və Azərbaycan dillərində modallığın leksik ifadə vasitələri.Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), № 2 (44), BDU.
*2005, İngilis və Azərbaycan dillərində modallı­ğın fonetik (prosodik) ifadə vasitələri.AMEA-nın xəbərləri (Humanitar elmlər seriyası), № 1.
*2005, Türkoloji ədəbiyyatda modallıq kateqoriyasının tədqiqi. Türkologiya (Beynəlxalq elmi jurnal), № 1-2.
*2006, Azərbaycan dilində modallığın sintaktik ifadə vasitələri. Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal), № 1(49), BDU.
*2006, İngilis və Azərbaycan dillərində modallığın semantik təhlili: təsdiq modallığı. «Tədqiqlər», №1, AMEA Nəsimi adına Dilçilik İnstitutu.
*2006, İngilis və Azərbaycan dillərində inkar və sual modallığı.ADU-nun Elmi xəbərlər, №1.
*2006, İngilis və Azərbaycan dillərində əmr, şərt və «gələcək zaman» modallıqlarının ifadəsi. Azərb.Dövlət Pedaqoji Universite­tinin Xəbərləri, №2.
*2006, Dialoji nitqdə modallıq. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, №2, BSU nəşri.
*2006, On the problem of modality in language development: a reconsideration of the evidence. Babylon-Azerbaijan, Vol. 4, №1, Seattle, USA.
*2007, Müasir ingilis dilində modal məsdər probleminə dair. “Dilçiliyin və dillərin tədrisinin aktual problemlərinə həsr olunmuş Beynəlxalq elmi konfransın materialları”.
*2008, Azərbaycan təhsilində Boloniya prosesi.“Cəmiyyət və zaman” qəzeti, № 2, 26 fevral.
*2008, Some Notes On the problem of the category of order in English. Filologiya məsələləri,  № 7.
*2009, İngilis və Azərbaycan dillərində felin əmr şəklinin modallığına dair. ADU-nun Elmi xəbərlər, №4.
*2010, Qloballaşan dünyada ali təhsil. “Mədəniyyətlərarası dialoq: Linqvistik, pedaqoji və ədəbi aspektlər”mövzusunda Beynəlxalq elmi konfransın materialları. Bakı, ADU, səh.19-21.
*2011, On the problem of modality in Germanic and Turkic languages. International Journal of Arts and Sciences, Vol.4, №18, USA.
*2011, Tezlik lüğətlərinin tərtibi və tətbiqi məsələlərinə dair. ADU-nun Elmi xəbərlər, №3.
*2012, Əmr şəklinin modallığı məsələsinə dair. ADU-nun Elmi xəbərlər, №3.
*2013, Müasir dilçilikdə qrammatik modallıq probleminə müxtəlif yanaşmalar. Dil və ədəbiyyat, №2, ADU nəşri.
*2014, Qeyri-verbal hərəkətlər və sükutun linqvokulturoloji təhlili. Dil və Ədəbiyyat, №1/2014, Bakı, ADU nəşri, səh.9-14.
*2014, Postmodern dövründə ali təhsilin perspektivləri. XXI əsr mədəni paradiqması multimədəni aspektdə Respublika Elmi-praktik konfransının materialları. Bakı, ADU, 25-26 noyabr 2014-cü il. s.102-103
*2015, Koqnitivlik və diskurs probleminə müasir baxış. “Dil və Ədəbiyyat”, №4, ADU, Bakı, səh.19-26
*2016, Koqnitivlik və diskurs məsələsinə dair bəzi qeydlər. “Koqnitivlik və tətbiqi dilçiliyin aktual problemləri” adlı Beynəlxalq elmi  konfransın tezisləri. Bakı, 22-21 oktyabr 2016-cı il, səh. 152-155.

Fakültənin FACEBOOK səhifəsi

Təhsil fakültəsinin yaranma tarixi ötən əsrin ortalarına təsadüf edir. Belə ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1947-ci il 10 dekabr tarixli qərarına əsasən Bakı şəhərində müstəqil Xarici Dillər İnstitutu yaradıldı. İnstitut öz qapılarını 1948-ci il sentyabrın 1-də tələbələrin üzünə açanda burada cəmi iki fakültə fəaliyyət göstərirdi: İngilis dili və Alman-fransız dilləri fakültələri. İngilis dili fakültəsi ayrıca qurum kimi həmin tarixdə yaransa da, öz başlanğıcını 1937-ci ildə APİ-nin nəzdində fəaliyyətə başlamış Xarici dillər fakültəsindən götürür. Çünki respublikada ingilis dili mütəxəssisləri ilk dəfə olaraq məhz həmin fakültədə hazırlanmağa başlamış və İnstitut açılana qədər respublikanın məktəblərinə yüzlərlə xarici dil müəllimi göndərilmişdir. Bu məzunların arasında sonralar müstəqil institutun elmi-pedaqoji həyatında, eləcə də respublikada xarici dillərin tədrisi prosesində mühüm rol oynamış Rüxsarə Qayıbova, İsmixan Rəhimov, Nazim Qədimbəyov, Fuad Kazımov, Həcər Nağıyeva, Xədicə Əhmədova, Miyasət Ömərova kimi şəxslər də var idi. Lakin respublikada müstəqil institut yarandıqdan sonra xarici dil mütəxəssislərinin hazırlanması yeni mərhələyə qədəm qoydu. Fakültəyə 1948/1949-cu tədris ilində 75 nəfər tələbə (50 nəfər Azərbaycan, 25 nəfər isə rus bölməsinə) qəbul olunmuş, 140 nəfər isə APİ-dən köçürülmüşdür. 215 nəfərlə (onlardan 137-si azərbaycanlı) tədrisə başlayan fakültənin ilk dekanı 1948-ci ildə APİ-nin Xarici dillər fakültəsinin məzunlarından olan Nazim Qədimbəyov olmuşdur. Lakin o, tezliklə Xarici İşlər Nazirliyinə məsul işə getdiyindən fransız dili mütəxəssisi Mina Quliyeva onu bu vəzifədə əvəz etdi. Sonrakı illərdə Nigar Vəzirova-Yeqorova, Dora Abbasova, Lev Qusliser, Səid Bağırov, Miyasət Ömərova dekan vəzifəsini icra etmişlər. İngilis dili kafedrasının müdiri isə Rüxsarə Qayıbova olmuşdur.  Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin 1959-cu il aprelin 14-də “Azərbaycan SSR-də ali məktəblər şəbəkəsini nizama salmaq haqqında” qəbul etdikləri qərarın icrası ilə əlaqədar olaraq Respublika Maarif naziri həmin ilin may ayında Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutlarının birləşdirilməsi haqqında əmr verib. Yeni yaranmış institutda cəmi iki fakültə fəaliyyət göstərirdi: Rus dili və ədəbiyyatı və Avropa dilləri. İngilis dili mütəxəssislərini hazırlayan ikinci fakültənin dekanı Cəfər Cəfərov təyin edilmişdi. Lakin o, bu vəzifəni cəmi bir il icra etdi. 1960-cı ilin mart ayında onu Şamil Səfiquliyev əvəz etdi. Respublika AOİT nazirinin 7 fevral 1968-ci il tarixli əmri ilə Avropa dilləri fakültəsi iki yerə ayrıldı: İngilis dili və Alman-fransız dilləri fakültələrinə. Seçki keçirilənə qədər dosent İ.Rəhimov fakültənin dekanı təyin edildi. Az sonra 1968-ci il aprelin 22-də Nanə Şahmuradova fakültənin dekanı seçildi. 1971-ci ilin aprelində İ.Rəhimov fakültəyə yenidən rəhbərlik etməyə başladı.

1969-cu ildə hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Azərbaycan SSR Nazirlər Soveti 4 noyabr 1972-ci ildə “M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun yenidən təşkil olunması haqqında” qərar qəbul etdi. Qərara əsasən, həmin institutun bazasında iki müstəqil institut təşkil edildi: M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu və SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu. APXDİ-də ən böyük fakültə İngilis dili fakültəsi idi. Fakültə ləğv edilmiş institutdan köçürüldüyü üçün dekan vəzifəsini müvəqqəti olaraq yenə də İsmixan Rəhimov icra etməyə başladı. 1973-cü ildə onun yerinə Fikrət Seyidov dekan vəzifəsinə təyin olundu, 1979-cu ildə onu G.Yusifov, 1990-cı ildə isə G.Yusifovu F. Orucov əvəz etdi.

90-cı illərdə respublikada baş vermiş ictimai-siyasi proseslər institut həyatına da öz təsirini göstərirdi. Bu özünü kadr dəyişikliyi, fakültə, kafedra və şöbələrin yenidən qurulması sahəsində daha bariz şəkildə büruzə verirdi. Rektorların, prorektorların, dekanların, kafedra və şöbə müdirlərinin dəyişdirilməsi, fakültə, kafedra və şöbələrin yenidən qurulması adi prosesə çevrilmişdi.

90-cı illərə qədər respublikada ingilis dili mütəxəssislərinin hazırlanması sahəsində yeganə qurum olan İngilis dili fakültəsi rektorun 1991-ci il 17 dekabr tarixli əmri ilə İngilis-alman dilləri və İngilis-fransız dilləri fakültələrinə ayrıldı. İkinci fakültə İnstitutun Elmi Şurasının qərarı ilə 1998-ci ildən İngilis dili və Regionşünaslıq, 2001-ci ildən 1№-li İngilis dili fakültəsi adlandı. 1991-2003-cü illərdə Dünyamin Yunusov, Sevda Cavadova, Natiq Yusifov, Məlumat Nurəddinov fakültənin dekanları olmuşlar. 2013-cü ildə 1 saylı İngilis dili fakültəsinin adı dəyişdirilərək Pedaqoji fakültə adlandırılmışdır. 2003-2014-cü illər ərzində isə professor Əfqan Abdullayev fakültəyə rəhbərlik etmişdir.

Yarandığından ötən 70 il ərzində minlərlə ingilis, alman, fransız dili mütəxəssisi hazırlamış fakültənin yetirmələri arasında zəngin elmi yaradıcılığı, yüksək istedadı, dilçilik elminin inkişafında öz dəst-xətti ilə seçilən bir çox milli kadr hazırlanmışdır. Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmiş ilk xarici dil mütəxəssisi, professor Zemfira Verdiyeva, AMEA-nın həqiqi üzvü, Dövlət Mükafatı laureatı Ağamusa Axundov, Qəzənfər Paşayev, respublikada komparativ dilçiliyin əsasını qoymuş professor Oruc Musayev, respublikada ilk dəfə milli dilçiliyin tərkibində bədii surətin fikir ifadəsinin kommunikativ aspektlərinin dərin elmi təhlilini vermiş Mehparə Qayıbova, dilçilik elminin inkişafında müstəsna xidmətləri olan professorlar Dünyamin Yunusov, Natiq Yusifov, Fikrət Seyidov, Sayadulla Babayev, Gülnar Hüseynzadə, Dilarə İsmayılova, Məsmə Qazıyeva, Əfqan Abdullayev, Fərman Zeynalov, Fikrət Cahangirov, Azad Məmmədov, Nigar Vəliyeva, Leyla Cəfərova, Arif Hüseynov, Sevinc Zeynalova, əməkdar müəllim Akif Bayramov, Balaxan Hüseynov və başqaları məhz bu fakültənin yetirmələri olmuşlar.

Fakültə universitetdə aparılan islahatların önündə gedən aparıcı quruma çevrilib. Universitet rəhbərliyinin diqqət və qayğısı sayəsində Təhsil fakültəsinin maddi-texniki bazası daha da gücləndirilib. Müxtəlif mərkəzlər, laboratoriyalar, yeni kafedraların yaradılması məhz həmin diqqətin nəticəsidir.

Fakültədə  tələbələrin layiqli mütəxəssis kimi yetişdirilməsi üçün mühüm addımlar atılmışdır. İlk addım olaraq mənəvi sağlam iqlim yaradılmış, müəllim-tələbə münasibətlərində qarşılıqlı hörmət, öyrədən və öyrənənin hüquq və vəzifələrini daha məsuliyyətlə başa düşmələri, nizam-intizamın daha da gücləndirilməsi sahəsində işlər görülmüşdür.

Respublikamız 2005-ci ildə Boloniya bəyənnaməsini qəbul etdikdən sonra universitetimiz bu prosesi dəstəkləyən ilk ali təhsil müəssəsi oldu. Tədris plan-proqramları yeniləndi, dərsliklər müasir tələblərə cavab verən dərsliklərlə əvəz olundu. Tələbələr, valideynlər və eləcə də müəllimlərlə bu yeni sistem haqqında maarifləndirmə işləri aparıldı, yeni innovativ təlim metodlarına həsr olunmuş treyninqlər – seminarlar keçirildi, yeni-yeni fənn proqramları hazırlandı.

Azərbaycan Dillər Universiteti üzrə 28 avqust 2014-cü il tarixli 68 saylı əmr ilə keçmiş Pedaqoji fakültənin bazasında Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə ) fakültələri yaradılmışdır. 2014-2017-ci illər arasında sözügedən fakültələrin dekanları professor, fil.e.d. Fikrət Cahangirov və fil.f.d., dosent Vəfa Babayeva olublar.

ADU-da struktur dəyişikliklərinin aparılması ilə əlaqədar olaraq Pedaqoji (ingilis dili və alman dili üzrə) və Pedaqoji (ingilis dili və fransız dili üzrə) fakültələr birləşdirilərək əvəzinə TƏHSİL fakültəsi yaradılıb (ADU üzrə 31 Mart 2017-ci il tarixli, 40 saylı əmr). Hal-hazırda TƏHSİL fakültəsinin dekanı filologiya elmləri doktoru, professor Fikrət Cahangirovdur.

Cahangirov Fikrət Fətiş oğlu
Filologiya elmləri doktoru, professor
Təhsil fakültəsinin dekanı, Fakültə Elmi Şurasının sədri
İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının (FJF) professoru
E-mail: [email protected]

 

 

Həsənova Lalə Ramiz qızı

Təhsil fakültəsinin tədris işləri üzrə dekan müavini

E-mail: [email protected]

 

 

 

 

 

Məmmədova Nərmin İmran qızı   

Təhsil fakültəsinin dekan müavini

E-mail: [email protected]

 

 

 

 

Putayeva Elnarə Eldar qızı                                                   

Təhsil fakültəsinin dekan müavini

Linqvokulturologiya kafedrasının müəllimi

E-mail: [email protected]

 

 

 

Alıyeva Zoya Mübariz qızı                                                      

Təhsil fakültəsinin dekan müavini

E-mail: [email protected]

 

 

 

 

Kərimova Bədirə Telman qızı

Təhsil fakültəsinin dekan müavini

Regionşünaslıq kafedrasının baş müəllimi

E-mail: [email protected]

 

 

 

 

Mustafayev Qorxmaz Xankişi oğlu 

Tarix üzrə fəlsəfə doktoru, dosent

Tədris işləri üzrə dekan müavini

E-mail: [email protected]

 

 

 

 

Bayramova Qönçə Qaşqay qızı                                  

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

 

Mütəllimova Aytəkin Adil qızı                          

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

 

 

Əliyeva Lətifə Əli qızı

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

 

 

Cavadova Nuranə Rövşən qızı

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

Hacıyeva Pərvanə Pərviz qızı                                                

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

 

 

 

Zeynalova Yeganə Sabir qızı                   

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

 

 

İmanova Əzəmət İsabala qızı

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

Adıgözəlova Vəfa Məzahir qızı

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

Məmmədova Nigar Şahin qızı

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

 

 

 

Zümrüd Nəzirli Heyvəli qızı

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

 

 

Əliyeva Samirə Xəlil qızı                           

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

 

 

Rəcəbov Rövşən Elşən oğlu

Təhsil fakültəsinin tyutoru

E-mail: [email protected]

 

 

 

 

 

Cəfərova Əfsanə Valeh qızı

Təhsil fakültəsinin tyutoru

Email: [email protected]

 

 

 

 

 

 

Orxan Cəfərov Hüseyn oğlu

Təhsil fakültəsinin tyutoru

Email: [email protected]

 

 

 

 

Hacıyeva Vəfa Əhmədağa qızı

Təhsil fakültəsinin metodisti

E-mail:  [email protected]

 

 

 

 

 

Vəliyeva Gülay Elçin qızı

Təhsil fakültəsinin metodisti

E-mail: [email protected]

 

 

 

 

 

Kərimli Aynur Atəşqızı                                         

Təhsil fakültəsinin metodisti

E-mail: [email protected]

 

 

 

 

 

Mancanova Fatimə Namiq qızı

Təhsil fakültəsinin metodisti

E-mail: [email protected]

 

 

 

              

 

 

Abdullayeva Pərvin Seyidqızı                                               

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

 

Əsədova Nuranə Qılman qızı                         

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

 

Əzəmmədova Günay Faiq qızı

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

Əsədova Fatimə Eldəniz qızı

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

 

Eynəliyeva Nərgiz Vaqif qızı

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

 

Məmmədova Xəyalə Firdovsi qızı                  

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

 

Qədirli Şəbnəm Nizami qızı

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

 

 

İsmayıl Rübabə Məmməd qızı

Təhsil fakültəsinin assitenti

E-mail: [email protected]

 

 

 

 

 

Salahova Gülşən İsmayıl qızı

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

 

 

Dadaşova Şəbnəm Kərəm qızı

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

 

Hacıyeva Afaq Əlimövsüm qızı

Təhsil fakültəsinin assistent

Email: [email protected]

 

 

 

 

 

 

Səidova Nəzrin Rauf qızı

Təhsil fakültəsinin assistenti

E-mail: [email protected]

 

 

 

 

 

 

 

Musayeva Gülüstan Arif qızı

Təhsil fakültəsinin assistenti

Email: [email protected]

 

 

 

 

 

Poladlı Ülkər Mehman qızı

Təhsil fakültəsinin assistenti

Bu gün Təhsil fakültəsində müxtəlif proqramlar-ixtisaslar təklif edilir. Fakültədə ixtisaslar üzrə aşağıdakı fənlər tədris edilir.

Ali təhsilin Bakalavriat səviyyəsində  İngilis, alman və fransız dili müəllimliyi ixtisasları verilir. Bu ixtisaslar üzrə tələbələrə aşağıdakı fənlər təklif olunur:

  1. Oxu və nitq (səviyyələr üzrə)
  2. Kommunikativ qrammatika (səviyyələr üzrə)
  3. Eşitmə və tələffüz (səviyyələr üzrə)
  4. İngilis (alman, fransız) dilinin leksikologiyası
  5. İngilis (alman, fransız) dilinin üslubiyyatı
  6. İngilis (alman, fransız) ədəbiyyatı
  7. Ölkəşünaslıq
  8. Xarici dilin tədris metodikası
  9. Dilçiliyə giriş
  10. Təlim psixologiyası
  11. Pedaqogika
  12. Azərbaycan tarixi
  13. Azərbaycan dili
  14. Azərbaycan ədəbiyyatı
  15. Xarici dillər (alman, fransız, ispan, italyan)
  16. Təlimdə informasiya texnologiyaları
  17. Mülki müdafiə
  18. Müxtəlif seçmə fənlər

 

Ali təhsilin Magistratura səviyyəsində  Dilşünaslıq (ingilis, alman, fransız dilləri üzrə) və  XDTM-nın tədrisi metodikası və metodologiyası (ingilis, alman, fransız  dilləri üzrə) ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Doktorantura təhsili aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

  1. German dilləri – 5708.01
  2. Roman dilləri – 5709.01
  3. Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik – 5714.01
  4. Dil nəzəriyyəsi – 5704.01
  5. Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası – 5801.01
  6. Sosial psixologiya – 6114.01

FAKÜLTƏ ELMİ ŞURASININ TƏRKİBİ

 

1. fil.e.d, prof. Cahangirov Fikrət Fətiş oğlu Fakültə dekanı –   (Sədr)
2. t.f.d, dos. Mustafayev Qorxmaz Xankişi oğlu Dekan müavini
3. Putayeva Elnarə Eldar qızı Dekan müavini
4. Həsənova Lalə Ramiz qızı Dekan müavini
5. Məmmədova Nərmin İmran qızı Dekan müavini
6. fil.e.d., prof. Zeynalov Fərman Hüsən oğlu İngilis dilinin fonetikası kafedrasının müdiri
7. fil.e.d, prof. Qazıyeva Məsməxanım Yusif qızı Linqvokulturologiya kafedrasının müdiri
8. fil.e.d., prof. Abdullayev Sərxan Əvəz oğlu Alman dilinin leksikologiyası və üslulubiyyatı kafedrasının müdiri
9. ped.e.d., prof. Hüseynzadə Gülnar Cabbar qızı Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri
10. fil.F.d., prof. Hüseynov Arif Rza oğlu İngilis dilinin qrammatikası kafedrasının müdiri
11. fil.f.d.,dos. Cəfərov Amil Müzəffər oğlu İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri
12. fil.f.d., dos. Bayramova Aytən Məhəmməd qızı Təlimdə innovasiyalar kafedrasının müdiri
13. ped.f.d., dos. Zeynalova Nigar Eldar qızı Pedaqogika kafedrasının müdiri
13. p.f.d. Babayeva Şəlalə Rasim qizi Psixologiya kafedrasının müdiri
14. b.f.d., dos. Zamanova Sevda Xasay qızı MM və Tibbi biliklərin əsasları kafedrasının müdiri
15. fil.e.d., dos. Sadıqova Gülnarə Rəhim qızı Fransız dili kafedrasının müdir müdir müavini
16. fil.f.d.,dos. Hüseynova Mehriban Əlihüseyn qızı İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müdiri
17. fil.f.d., dos. Mürşüdov Yasif Malik oğlu Xarici dillər kafedrasının(TF) müdiri
18. b/m. Əliyeva Röya Yavər qızı Fakültə Müəllim Həmkarlar Təşkilatının nümayəndəsi- (İngilis dilinin qrammatikası kafedrası)
19. İbadzadə Elşad Siyavuş oğlu Fakültə Tələbə Həmkarlar Təşkilatının sədri
20. Hüseynova Zəhra Ramiz qızı Fakültə Tələbə Elmi Cəmiyyətini sədri
21. Aşurov Nicat İlham oğlu Fakültə Tələbə Gənclər Təşkilatının sədri
22. b/m. Əhmədova Ülviyyə Azər qızı İngilis dilinin leksikologiyası kafedrası -(Elmi katib)   
23. fil.f.d. Şirəliyeva Günay Xəzail qızı Xarici dillərin tədrisi metodikası kafedrası
24. b/m.Zairova Tahirə Davud qızı Linqvokulturologiya kafedrası
25. b/m. Xiyalova Naibə Batıxan qızı Pedaqogika kafedrası
26. Dəvət olunur: dos. Şabanov Şaban Həsən oğlu Xarici dillər kafedrasının(FJF) müdiri

Təhsil fakültəsinin Tədris – Metodiki Şurasının tərkibi

 

1. fil.f.d., dos.Cəfərov Amil Müzəffər oğlu İngilis dilinin leksikologiyası və üslubiyyatı-1 kafedrasının müdiri, sədr
2. fil.f.d., prof. Babaxanova Çəmən Oruc qızı Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrası, müavin
3. b/m Məmmədova Səbinə Sumqayıt qızı İngilis dilinin leksikologiyası və üslubiyyatı-2, katib
4. fil.f.d., dos.Aslanova Ulduz Böyükkişi qızı Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrası, üzv
5. ped.f.d., dos.Bəşirov Vidadi Paşa oğlu Pedaqogika kafedrası, üzv
6. ped.f.d., dos. Camalova Gülbəniz Məzahim qızı Xarici dillərin tədrisi metodikası kafedrası, üzv
7. fil.f.d., dos. Allahverdiyeva  Fəridə Məhəmmədəli qızı İngilis dilinin qrammatikası kafedrası, üzv
8. fil.f.d., dos. Sobor Aidə Burzu qızı Xarici dillər kafedrası, üzv
9. b/m Məlikova Gülnarə İsmayıl qızı Linqvokulturologiya kafedrası, üzv
10. b/m Ağayeva Hüzürə Fazil qızı Təlimdə innovasiyalar kafedrası, üzv
11. b/m Yaqubova Cəvahir Hacı qızı İngilis dilinin fonetikası kafedrası, üzv
12. b/m Əmirova Sevinc Ənvər qızı Psixologiya kafedrası, üzv
13. b/m Əsgərova Mətanət Ələkbər qızı Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası, üzv

 

TƏHSİL fakültəsinin xarici əlaqələri ildən-ilə genişlənmiş, dünyanın qabaqcıl universitetləri ilə niyyət protokolları, ikitərəfli müqavilələr bağlanmışdır: ESLI Beynəlxalq təşkilatı (ABŞ), Florida Beynəlxalq Universiteti, Berklidəki Kaliforniya Universiteti (ABŞ), Nyu-York Dövlət Universiteti (ABŞ), Minnesota Universiteti (ABŞ), Şimali Karolina Universiteti (ABŞ), Kluj Dövlət Universiteti (Rumıniya), Belarus Dövlət Universiteti, Upsala Universiteti (İsveç), Uludağ Universiteti (Türkiyə) və başqalarını misal göstərmək olar. Böyük Britaniya Birləşmiş Krallığının Esseks Universiteti ilə bağlanmış müqavilə isə Universitetimizin tarixinə artıq yazılmışdır. Tələbələrimiz 2 il fakültəmizdə oxuduqdan sonra təhsillərini Esseks Universitetində davam etdirməklə həm Esseks Universitetinin, həm də Azərbaycan Dillər Universitetinin ikili diplomlarını alacaqlar.

NFL Jerseys China