Tədris şöbəsi 6 iyun 1973-cü ildən SSRİ-nin 50 illiyi аdınа АPХDİ-nin tərkibində yаrаdılmışdır.

2006-cı ildə Tədris şöbəsinin tərkibində qеydiyyаt bölməsi fəаliyyətə bаşlаdı.

2013-cü ildə Kеyfiyyətin Təminаtı Mərkəzi tədris şöbəsinə birləşdirildi və şöbə Kurrikulum və Kеyfiyyətə Nəzаrət Dеpаrtаmеnti kimi fəаliyyətə bаşlаdı.

2016-cı ildə аpаrılаn struktur dəyişiklikləri nəticəsində dеpаrtаmеntin nəzdində 4 mərkəz  yаrаdıldı:

1) Təcrübə, Prоfеssiоnаl İnkişаf və Kаryеrа Mərkəzi,

2) Tələbə Qəbulu və Tələbə Qеydiyyаtı Mərkəzi,

3) Biliyin Qiymətləndirilməsi və Mоnitоrinq Mərkəzi,

4) Keyfiyyətin Təminatı və Məzunlarla İş Mərkəzi.

2017-ci ilin sentyabr ayında departamentin adı yenidən dəyişdirilərək Tədris Departamenti adlandırıldı və tərkibinə aşağıdakı şöbələr daxil edildi.

1) Tələbə Qəbulu və Tələbə Qeydiyyatı Şöbəsi,

2) Təcrübə, Professional İnkişaf və Karyera Şöbəsi,

3) Biliyin Qiymətləndirilməsi, Monitorinq və Keyfiyyətin Təminatı Şöbəsi.

Tədris şöbəsinin fəаliyyətinin əsаs istiqаmətləri аşаğıdаkılаrdır:

  1. Dövlət təhsil standartları əsasında universitetin əsas tədris sənədlərinin – tədris planlarının, işçi tədris planlarının və tədris prosesi qrafiklərinin işlənib hazırlan­ması və bu zaman universitetin bölmələrinin qarşılıqlı əlaqəsinin təmin edilməsi;
  2. Tədris prosesinin idarə olunmasına dair informasiyanın təhlili və ümumi­ləşdirilməsi, rektorluğun müvafiq qərarlarının hazırlanması;
  3. Tədris prosesinin əsaslandırılmış planlaşdırılması və təşkili;
  4. Universitetdə tədrisin bütün formaları üzrə tədris prosesinə və mütəxəssis hazırlığına nəzarət sisteminin informasiya təminatı;
  5. Tədris prosesinə dair normativ-metodik sənədlərin daim təkmilləşdirilməsi;
  6. Tədris məşğələlərinin, imtahan sessiyalarının və Dövlət Attestasiya Komissiyalarının işinin cədvəllərinin planlaşdırılması və tərtibi;
  7. Rektorun tədris prosesinə dair əmr və sərəncamlarının layihələrinin hazırlanması;
  8. Müəllimlər və tələbələrin tədris intizamına riayət etmələrinə nəzarət;
  9. İmtahan sessiyalarının təşkili və gedişinə nəzarət, onların nəticələrinin ümumiləşdirilməsi və təhlili;
  10. ADU-da bakalavriat və magistratura səviyyələrində ixtisas və təhsilalma formasından asılı olmayaraq, tələbələrin nailiyyətlərinin (ÜOMG-nin) qiymətlən­dirilməsini təşkil etmək və həyata keçirmək;
  11. ADU-da fakültə dekanlıqları və kafedralarla əlaqəli şəkildə qiymətləndir­mənin keçirilməsinə və imtahan nəticələrinin yoxlanılmasına nəzarət etmək;
  12. Dövlət Attestasiya Komissiyalarının işlərinə nəzarət, komissiya­ların işinin nəticələrinin sədrlərin hesabatları əsasında ümumiləşdirilməsi və təhlili;
  13. Kafedraların ştatlarının formalaşdırılması üçün hesablamaların və başqa sənədlərin hazırlanması, müəllimlərin və kafedraların tədris planları və tədris yükləri normasına nəzarət, tədris yükünün yerinə yetirilməsinə nəzarət edilməsi;
  14. Seçki müddəti başa çatmış professor-müəllim heyətinin, eləcə də vakant vəzifələri tutmaq üçün müsabiqə elanının hazırlanması, ərizələrin qəbulu;
  15. Kafedraların və fakültələrin tədris və metodiki işin ayrı-ayrı məsələləri üzrə yoxlanılması, rektorluğun planı əsasında nəzarət tədbirlərində iştirak;
  16. Tədris məsələləri üzrə vətəndaşlar və idarələrlə yazışmalar;
  17. Dövlət statistika hesabatı məlumatlarının hazırlanması;
  18. Tədris, istehsalat və pedaqoji təcrübələrin təşkili, onların keçirilməsinə dair təcrübə bazaları ilə müqavilə bağlanması, təcrübələrin gedişinə nəzarət etmək, təcrübələrin keçirilməsinə dair hesabatların qəbul edilməsi;
  19. ADU-da özünütəhlil və özünüqiymətləndirməni həyata keçirmək.

 

Tədris şöbəsinin müdiri

Şahməmmədova Şəfəq İsmayıl qızı

Ünvan: Rəşid Behbudov 134, ADU-nun əsas tədris binası, II mərtəbə

Tel: (+99412) 440-64-82

E-mail: [email protected]

Şöbə 2016-cı ilin noyabr ayında аpаrılаn struktur dəyişiklikləri nəticəsində Kurrikulum və Kеyfiyyətə Nəzаrət Dеpаrtаmеntinin nəzdində Biliyin Qiymətləndirilməsi və Mоnitоrinq Mərkəzi kimi fəaliyyətə başlamış, 2017-ci ilin oktyabr ayından etibarən Biliyin Qiymətləndirilməsi, Monitorinq və Keyfiyyətin Təminatı Şöbəsi adı altında fəaliyyətini davam etdirir.

Biliyin qiymətləndirilməsi, monitorinq və keyfiyyətin təminatı şöbəsinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Universitetdə fəaliyyət göstərən dekanlıqlar və onların nəzdində olan kafedralar üzrə standartlara əsaslanan hüquqi-normativ sənədlərin yoxlanılması və monitorinqi;
  2. Tədris proqramlarının, sillabusların, müəllimlərin illik işçi tədris planları, tələbələrin fərdi planlarının yoxlanılması, analitik məlumatların müvafiq qurumlara ötürülməsi və nəticələrin təhlili;
  3. ADU-da dekanlıqlarla əməkdaşlıq şəraitində imtahan sessiyalarının və Dövlət Attestasiya Komissiyalarının işinin cədvəllərinin planlaşdırılması və tərtibi, Yekun Buraxılış İmtahanlarının təşkili və keçirilməsi;
  4. Qış, yaz imtahan sessiyalarının, yay məktəbinin təşkili və gedişinə nəzarət;
  5. İmtahan sessiya nəticələrinin ümumiləşdirilməsi, təhlili və müvafiq dekanlıqlara göndərilməsi;
  6. Fakültələr üzrə imtahandan qeyri-müvəffəq qiymət almış (kəsrli), imtahana buraxılmayan, üzrlü səbəblərdən imtahanlarda iştirak etməyən tələbələrin sayının təhlili
  7. İmtahan üzrə tələbələrin ən çox kəsildiyi fənlərin siyahısının çıxarılması, müvafiq kafedralara göndərilməsi və nəticələrin təhlili;
  8. Fakültələr nəzdində ixtisaslar üzrə təqaüdlərin hesablanması və nəticələrin mühasibatlığa ötürülməsi;
  9. ADU-da bakalavriat və magistratura səviyyələrində müəllim nailiyyətlərinin və tələbələrin (ÜOMG-nin) qiymətlən­dirilməsinin təşkili və həyata keçirilməsi.

Biliyin qiymətləndirilməsi, monitorinq və keyfiyyətin təminatı şöbəsinin müdiri

Qurbanzadə Fatma Nazim qızı

Ünvan: Rəşid Behbudov 134, ADU-nun əsas tədris binası, II mərtəbə

Tel: (+99412) 441-22-78  (daxili 133)

Email: [email protected]

NFL Jerseys China