SABAH qrupunda açıq dərs təşkil edilib

177

Azərbaycan Dillər Universitetində SABAH qrupu 4-cü kurs Britaniya ədəbiyyatı fənni üzrə açıq dərs təşkil edilib. Minarə Fərzəliyeva tərəfindən təşkil edilən dərsin mövzusu orta əsrlər İngilis ədəbiyyatının şah əsərlərindən biri olan Kral Arturun əfsanələri silsiləsinə aid roman janrında yazılmış “Sir Gawain and Green Knight”  şeirinin təhlili olub.

Mühazirə əsasında tədris edilən ənənəvi ədəbiyyat dərslərindən fərqli olaraq, müəllim tələbələrdə maraq oyatmaq və onların dərsdə aktiv iştirakını təmin etmək məqsədilə simulyasiya və debat üsulundan istifadə edib.

Ümumi ingilis dili dərsində dərsin mövzusuna uyğun olaraq tələbələr bir neçə qlobal problemlərə öz münasibətlərini bildirərək, onların həlli üçün bir neçə çıxış yolları göstəriblər.

SHARE