“Klassik Şərq Qərb tərcümə sənəti” mövzusunda dəyirmi masa keçirilib

78
Tərcümə fakültəsi və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə “Klassik Şərq Qərb tərcümə sənəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsun Nağısoylu klassik Şərq tərcümə sənəti haqqında fikirlərini bölüşüb.

German dillərinin nəzəriyyəsi və praktikası kafedrasının baş müəllimi Yusif Allahverdiyev “M.Ş.Vazehin şeirləri, F.Bodenştedin, Y.V.Qötenin “Qərb-Şərq divanı” (Ə.Qubatovun tərcüməsində) mövzusunda və German dillərinin nəzəriyyəsi və praktikası kafedrasının dosenti Esmiralda Rəhimli “Nobel mükafatçılarının əsərləri Azərbaycan dilində” mövzusunda mühazirə ilə çıxış ediblər.

SHARE