“Azərbaycanşünaslıq” Elmi Mərkəzi
2017-ci ildə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullayevin təşəbbüsü ilə bir çox yeni kafedralar, mərkəzlər və elmi-tədqiqat laboratoriyaları ilə yanaşı, Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyası (ETL) da yaradılmışdır.
Laboratoriyanın yaradılması universitetin təhsil, tədris və tərbiyə işlərində böyük əhəmiyyət kəsb edir.
Sonralar “Azərbaycanşünaslıq” elmi-tədqiqat laboratoriyası 2022-ci ildən “Azərbaycanşünaslıq” Elmi Mərkəzi adı altında fəaliyyətini davam etdirir.
“Azərbaycanşünaslıq” EM-in əsas məqsədi Ümummilli lider Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq məfkurəsini, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, müstəqil dövlətimizin inkişaf etdirilməsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm, təhsil və mədəniyyətin davamlı inkişafı sahəsində həyata keçirdiyi dövlət siyasətinin öyrənilməsi və təbliği, Azərbaycanşünaslığın inkişafına dəstək göstərməkdir.
Elmi Mərkəzin əsas vəzifələri:
─ Universitetdə təhsil alan azərbaycanlı gənclərin müasir elmi biliklərə yiyələnmiş və hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması, azərbaycançılıq ruhunda tərbiyə olunması işinə dəstək göstərmək;
─ Universitetdə təhsil alan əcnəbi tələbələrin Azərbaycan xalqının qədim tarixi və zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri, müasir Azərbaycanın gerçəklikləri ilə yaxından tanış olmalarını təmin etmək;
─ Azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, Azərbaycan multikulturalizminin və xalqımızın tolerantlıq ənənələrinin inkişaf etdirilməsi, gənclər arasında Azərbaycan dilinə qayğıkeş münasibətin, tarix, ədəbiyyat və incəsənətinə marağın artırılması istiqamətində fəaliyyət göstərmək;
─ Ölkədə və ölkə xaricində Azərbaycanşünaslıq istiqamətində fəaliyyət göstərən müəssisə və təşkilatlar, elm və mədəniyyət mərkəzləri ilə, eləcə də universitet daxilində elm, tədris və mədəniyyət sahələrində fəaliyyət göstərən kafedra, mərkəz və qurumlarla qarşılıqlı işgüzar əlaqələr qurmaq və onlarla yaradıcı əməkdaşlığı möhkəmləndirməkdir.
“Azərbaycanşünaslıq” Elmi Mərkzi elmi-tədqiqat işləri ilə yanaşı, tələbələrin iştirakı ilə Azərbaycanşünaslığın müxtəlif problemlərini əhatə edən dəyirmi masalar, elmi seminarlar, kitab təqdimatları, görüşlər təşkil etmişdir.
Elmi Mərkəzin əməkdaşları bu dövürdə bir neçə kitab və məqalələr hazırlayıb nəşr etdirmişdir.
Hal-hazırda Elmi Mərkəz əməkdaşları müvafiq kafedralarla birgə aşağıda adları çəkilən 3 kitabın hazırlanması və nəşri üzərində işləri davam etdirir:
― “Müstəqillik dövründə ingilisdilli, fransızdilli, almandilli kütləvi informasiya vasitələrində Azərbaycan obrazı” kitabının hazırlanması ADU-nun rektoru akademik Kamal Abdullayevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilir. Davamlı layihə olan bu iş 1991-ci ilin oktyabrından bu günə kimi olan dövrü əhatə edəcək. Bu kitab müstəqillik əldə etmiş Azərbaycanın inkişafı ilə bağlı dinamikanı izləməyə kömək edəcək. Kitabın əsas məqsədi həmin illər ərzində ingilisdilli, fransızdilli, almandilli KİV-də nəşr olunmuş analitik məqalələri (ictimai-siyasi, iqtisadi, mədəni-elmi, incəsənət, Qarabağ problemi) və xarici KİV-də müstəqil Azərbaycan obrazının nə cür əks olunmasını müəyyənləşdirməyə xidmət edir. Hal-hazırda üzərində işlədiyimiz I cild 1991-1993-cü illərdə xarici KİV-də nəşr olunmuş analitik məqalələri xronoloji ardıcıllıqla özündə əks etdirəcək. Bu kitab ictimaiyyətin, cəmiyyətin maarifləndirilməsində, eyni zamanda tədqiqatçıların işinə kömək məqsədilə əvəzsiz vasitəyə çevriləcək. Kitabın I cildi artıq tamamlanmış və nəşr olunmaq üzrədir.
― “Azərbaycan tərcümə ensiklopediyası”nın ideya müəllifi və baş redaktoru ADU-nun rektoru akademik Kamal Abdullayev olmuşdur. Bu kitabın I nəşri 2018-ci ildə çap olunmuşdur. Ölkəmizdə ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, eyni zamanda, Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəllifləri haqqında məlumatlar əks olunub. Hal-hazırda təkmilləşdirilmiş variant üçün II nəşr çap olunma]a hazırdır .
― “Azərbaycan maarifçiləri” kitabının nəşr olunması üzərində işlər “Azərbaycanşünaslıq” Elmi Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir. Kitabın əsas məqsədi Azərbaycanın görkəmli maarif xadimlərinin xalqa bəxş etdiyi töhfələri yeni nəslə çatdırmaqdan, azərbaycanlı gənclərin dünyagörüşünün genişləndirilməsindən, xalqımızın milli-mənəvi dəyərləri, dili, tarixi, mədəniyyəti, əbəbiyyatı və incəsənəti ilə bağlı biliklərə yiyələnməsindən və azərbaycançılıq ruhunda tərbiyə olunmasından ibarətdir.
“Azərbaycanşünaslıq” Elmi Mərkəzinin müdiri,
t.f.d. Rüstəmov Aqşin İldırım oğlu
Tel: (+99412) 441 46 65
Email: [email protected]