Təhsil

Magistratura şöbəsi

Magistratura şöbəsinin  internet səhifəsinə xoş gəlmisiniz!

Şöbəmiz  həm ölkəmiz üçün,  həm də ölkəmizdən kənarda çalışa biləcək yüksək ixtisaslı savadlı, bilikli və bacarıqlı ingilis, alman, fransız dili  müəllimləri, tərcüməçilər, dilçilər, ədəbiyyatşünaslar, regionşünaslar,  habelə pedaqogika, jurnalistika və beynəlxalq münasibətlər üzrə mütəxəsislər hazırlayır.

Magistrantlarımız  təhsil aldıqları  müddətdə daima  həm universitet,  həm də dövlət tərəfindən təşkil olunan tədbirlərdə, layihələrdə, ixtisasa uyğun dəyirmi masa və  debatlarda  iştirak edirlər.  Respublikamızda və xaricdə tanınan,  öz sahəsinin  mütəxəssisləri olan, professor və müəllim heyəti universitetimizdə  təlim fəaliyyətini həyata keçirirlər.  Həmçinin  universitetimizdə   effektiv, kreativ tədris mühiti, yeniləşmiş tədris proqramları, yeni dərsliklər, İKT əsaslı təlim zalları, elmi-tədqiqat mərkəzləri, laboratoriyalar,   tələbə-müəllim münasibətlərində qarşılıqlı hörmət və şəffaflıq  sizi gözləyir. ADU-nun magistr səviyyəsi üzrə təhsil alan tələbələrin sənaye, biznes və  hökümət karyeralarının inkişafını nəzərə alaraq təlim fəaliyyəti  həftədə 4 dəfə (1, 2, 3, 4 cü günlər) 2 və ya 1(alt və üst həftə) dərs olmaqla 17.10–19.55 qədər təşkil olunur. Əgər uğurlu gələcəyə inamla addımlamaq istəyirsinizsə   heç bir tərəddüd etmədən bizi seçin. Sizi gözləyirik, əziz tələbələr.

Şöbə haqqında məlumat

Azərbaycan Dillər universitetində Magistratura və Doktorantura Fakültəsi  Elmi Şuranın qərarına əsasən 17 iyun 2015-ci il tarixli 66 saylı əmrinə əsasən fəaliyyətə başlamışdır. Lakin  14.09.2017-ci il tarixli 122 saylı əmrinə əsasən Magistratura şöbəsi ayrıca olaraq fəaliyyətdədir.  Elə həmin vaxtdan magistratura səviyyəsi üzrə  mövcud olan ixtisaslar hər tədris ilində əmək bazarında tələbat olan yeni ixtisaslar üzrə  qəbul göstəricisi 100% təşkil edir. Belə ki, 2018\19-cu ildə 71%, 2019\20-ci ildə 74%, 2020/21-ci ildə 86% qəbul olmuşdur. Hal-hazırda ADU-nun Magistratura şöbəsində  azərbaycan,  rus  bölmələri üzrə 41 ixtisas mövcuddur.

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi:

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası;

Dil və ədəbiyyat müəllimliyi:

İngilis dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası;
Alman dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası;
Fransız dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası;

Xarici dil müəllimliyi:

İngilis dilinin tədrisi metodikası və metodologiyası;
Alman dilinin tədrisi metodikası və metodologiyası;
Fransız dilinin tədrisi metodikası və metodologiyası;

Filologiya:

Azərbaycan dili;
Azərbaycan ədəbiyyatı;
Dilşünaslıq (ingilis dili üzrə);
Dilşünaslıq (alman dili üzrə);
Dilşünaslıq (fransız dili üzrə);
Dilşünaslıq (ümumi dilçilik);
Dilşünaslıq (müqayisəli dilçilik);
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı);
Ədəbiyyatşünaslıq (alman ədəbiyyatı);
Ədəbiyyatşünaslıq (fransız ədəbiyyatı);
Ədəbiyyatşünaslıq (ispan ədəbiyyatı);

Tərcümə (dillər üzrə):

Tərcümə (ingilis dili üzrə);
Tərcümə (alman dili üzrə);
Tərcümə (fransız dili üzrə);
Tərcümə (ispan dili üzrə);
Tərcümə (italyan dili üzrə);
 Tərcümə (koreya dili üzrə);
Sinxron tərcümə

Regionşünaslıq:

Regionşünaslıq (İsrail və Yaxın Şərq üzrə);
Regionşünaslıq (Skandinaviya üzrə);
Regionşünaslıq (Mərkəzi və Şərqi Avropa üzrə);
Regionşünaslıq (Qafqaz üzrə);
Regionşünaslıq (Cənubi Amerika üzrə);
Ölkəşünaslıq (Böyük Britaniya üzrə);
Ölkəşünaslıq (ABŞ üzrə);
Ölkəşünaslıq (İndoneziya üzrə);

Beynəlxalq münasibətlər:

Beynəlxalq münasibətlər və diplomatiya;
Beynəlxalq münasibətlər tarixi və nəzəriyyəsi;
Dünya siyasəti;

Pedaqogika üzrə:

Sosial pedaqogika
Pedaqogika tarixi və nəzəriyyəsi;
Təhsildə qiymətləndirmə və monitorinq;

Jurnalistika:

Beynəlxalq jurnalistika (tədris ingilis dilində)

Yuxarıda qeyd olunan ixtisaslar üzrə magistr tədris proqramında peşə istiqamətinin  dərinləşməsinə yönəlmiş fənlər və bölmələr, eləcə də xarici dil və ixtisas fənləri daxil edilmişdir. ADU-nun Magistratura şöbəsində  600-ə qədər magistrant təhsil alır.. Tələbələrimiz hər il “Erasmus+”, ikili diplom,  və s. proqramlar üzrə xaricdə təhsil alır. Tədris müddətində tələbələr ümumilikdə 120 kredit toplamalıdır. Bunlardan 90 kredit 3 semestr ərzində nəzəri fənlər, 30 kredit isə elmi- tədqiqat və pedaqoji təcrübə(12 kredit),  magistr dissertasiyasının müdafiəsi (18 kredit) üzrə nəzərdə tutulur. Təhsil magistr dissertasiya işinin müdafiəsi ilə başa çatır və həmin dissertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş məzunlara «magistr» ali elmi-ixtisas dərəcəsi verilir.

Ali təhsilin hər bir səviyyəsni  müvəffəqiyyətlə bitirmiş məzununa müvafiq qaydada dövlət nümunəli sənəd – diplom verilir.

2014- cü  ildən magistratura səviyyəsində qiyabi təhsil ləğv edilmişdir. Dərslər axşam növbəsində tədris olunur.

 

Magistratura şöbəsinin müdiri, ped. f. d.

Dos. Rzayeva Firuzə Ədalət qızı

Ünvan: Bakı ş., Rəşid Behbudov küçəsi 134,

ADU-nun əsas tədris binası

Tel: (+99412) 441-22-78 (daxili nömrə: 115)

E–mail: [email protected]

Magistratura şöbəsinin fəaliyyəti haqqında gündəlik məlumatları   rəsmi facebook səhifəsindən   əldə edə bilərsiniz

https://www.facebook.com/ADU-Magistratura-Şöbəsi-1373412116133957