Təhsil

Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri mərkəzinin adı 31 yanvar 2020 ci ildə Elmi Şuranın qərarı ilə “Dil Xidmətləri Tədris-Təlim və Karyera Mərkəzi” olaraq dəyişdirilmişdir.

Mərkəzin əsas məqsəd və vəzifələri:

Mərkəzin önəmli məqsədləri sırasına  ADU-nun dünya ali təhsil məkanına inteqrasiyası istiqamətində addımlar atmaq,müasir əmək bazarının tələblərini nəzərə alaraq məzunlarla mütəmadi olaraq seminarlar keçirmək,bölgələrdə ADU məzunları ilə görüşmək,məzunların karyera inkişafı üçün işlər görmək, universitetin professor-müəllim heyətinin, tələbələrin bilik və bacarıqlarının artırılması eyni zamanda onların dil  biliklərinin daha da gücləndirilməsi üçün universitetin digər strukturları ilə birgə  çalışmaq, dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlarla əməkdaşlıq əsasında hamı üçün əlçatan olan informasiya cəmiyyətinin qurulmasına öz töhfəsini verməkdir.

Azərbaycan Dillər Universitetinin elmi və tədris potensialından daha səmərəli istifadə edilməsi, cəmiyyətdə mövcud təhsil və dil xidmətlərinə olan tələbatın yüksək peşəkarlıq səviyyəsində ödənilməsinin təmin edilməsi üçün təsərrüfat hesablı dil kurslarının (o cümlədən beynəlxalq sertifikatların alınmasına hazırlıq məqsədi ilə), müvafiq təşkilatlarla müqavilələr bağlamaq və əhalinin müxtəlif təbəqələrinə dil xidmətləri göstərmək, xüsusilə də gənclərin dünya mədəniyyətinə inteqrasiyasına yardımçı olmaq, onlara elektron informasiya mənbələri ilə iş vərdişləri aşılamaq, İKT biliklərini öyrətmək məqsədi ilə təsərrüfat hesablı kurslar  açır, repetitor xidmətlərini təklif edir, vətəndaşların  xarici  dillər üzrə bilik səviyyəsini müəyyənləşdirən beynəlxalq qurumların keçirdiyi sınaqlara hazırlıq məqsədi ilə qruplar təşkil edir, həmin sınaqların keçirilməsində beynəlxalq qurumlarla tərəfdaşlıq münasibətləri qurur.

Orta, orta-ixtisas və ali təhsil müəssisələri tələbələri və şagirdləri üçün dünya mədəniyyətinə aid müxtəlif tədbirlərin keçirilməsini təşkil edir.

Beynəlxalq sertifikat imtahanlarını təşkil edir və digər “online” sınaqlarını həyata keçirir.

 

Dil və Tərcümə Xidmətləri Mərkəzinin fəaliyyət istiqamətləri

1.Magistratura hazırlığı,

2.Doktoranturaya xarici dil hazırlığı,

3.Xarici dillərin tədrisi: ingilis, alman, fransız , rus, Ərəb , İtalyan , İspan , və s.

4.Xarici ölkələrdə dil kursları : Avstirya , Almaniya, Böyük  Britaniya , Amerika Birləşmiş Ştatları və s.

5.Xarici ölkələrdə təhsil : Amerika Birləşmiş Ştatları, Kanada, İtaliya, Polşa, İspaniya və s

6.Məzun müəllimlər üçün : ingilis dilində seminar və təlimlər ,

7.Müəllimlər üçün müxtəlif  təlimlər: Aptis, Akademik yazı və oxu, TKT , Pre –CELTA, CİSELT və s

8.Məktəblilər üçün ingilis və rus dili hazırlıqları

9.Beynəlxalq sertifikat imtahanlarına hazırlıq

TOEFL
İELTS
SAT
GMAT
GRE

 

Dil Xidmətləri Tədris-Təlim və Karyera Mərkəzi

Quliyev Salman Tofiq oğlu

Tel: (+99412) 441 01 72

E-mail: [email protected]