BİZDƏN YAZIRLAR

Afad Qurbanova Həsr olunan konfrans keçiriləcək

Hörmətli Həmkarlar!

Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi münasibətilə Respublika elmi konfransı keçiriləcək.

2019-cu il may ayının 24-də tanınmış dilçi alim, türkoloq və ictimai xadim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Afad Qurbanovun anadan olmasının 90 illiyi münasibətilə Respublika elmi konfransı  keçiriləcəkdir.

Konfransın təşkilatçıları Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutudur.

Konfransın mövzuları:

  1. Afad Qurbanov və Azərbaycan onomastikası
  2. Afad Qurbanov və ümumi dilçilik məsələləri
  3. Afad Qurbanovun elmi və ictimai fəaliyyətində əlifba məsələləri

Məqalələrin tərtib olunması qaydaları

Məqalənin mətni A4 formatda, Microsoft Word 2007-2010-da Times New Roman şrifti ilə yığılmalıdır. Şriftin ölçüsü 14, sətirlərarası interval 1.5, sol tərəfdən məsafə 3 sm, sağdan 1 sm, yuxarı və aşağıdan isə 2 sm olmalıdır. Məqalələrin adının üstündə sağda müəllifin adı və soyadı, çalışdığı müəssisənin, təşkilatın adı, elmi dərəcəsi və elmi adı, e-poçt ünvanı və əlaqə nömrəsi qeyd olunmalıdır.

Məqalələrin həcmi 10 səhifədən artıq olmamaqla (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) kodlaşdırılmalı və elektron şəkildə 10.05.2019-cu il tarixinədək [email protected] e-poçt ünvanına göndərilməlidir.

Daha ətraflı məlumat üçün Təşkilat Komitəsinə müraciət etmək olar.

Ünvan: AMEA-nın Rəyasət Heyəti, 3-cü mərtəbə, 312-ci otaq.

Tel.: (+994 12) 4926662, (+994 12) 4976982