Alman dili müəllimləri üçün danışıq klubu davam edir

94

Keçən tədris ilində olduğu kimi 2019/20 tədris ilində də Alman oxu zalında alman dilini müxtəlif fakültələrdə tədris edən müəllimlərimiz üçün danışıq klubları keçirilir.

Avstriya mübadilə xidmətinim universitetimizdə olan rəhbəri Ştefani Matzer tərəfindən həyata keçirilən danışıq klubunda əsasən ölkəşünaslıqla, daha dəqiq desək, almandilli dövlətlər – Almaniya, Avstriya və İsveçrə ilə bağlı mövzular müzakirə edilir və fikir mübadiləsi aparılır. Danışıq klubları həftədə bir dəfə keçirilir.

SHARE