ADU-nun tələbəsi müsabiqənin qalibi olub

441

Azərbaycan Milli Konservatoriyasında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “İstedadlı gənclərin estrada-vokal müsabiqəsi” keçirilib.

Müsabiqədə ADU-nu  Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Musiqi klubunun fəal üzvü, Beynəlxalq Münasibətlər və İdarəetmə fakültəsinin III kurs tələbəsi Şahverən Babayev təmsil edib.

Respublikanın müxtəlif ali və orta təhsili müəssisələrindən seçilmiş 16 nəfərin iştirak etdiyi final mərhələsində təmsilçimiz Şahverən Babayev vokal nominasiyası üzrə 3-cü yeri tutub. Tələbəmizi təbrik edir və uğurlar arzu edirik.

 

Qeyd edək ki, Şahverən Babayevi müsabiqəyə təşkilatçı Sevinc Abdullayeva hazırlayıb. Ona şəxsi işinə yazılmaqla təşəkkür elan olunub. 

SHARE