
Filologiya elmləri doktoru, professor Sevinc Saday qızı Zeynalova – 2019-cu ildən Azərbaycan Dillər Universitetinin Tədris məsələləri üzrə prorektorudur.
Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1988-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis-alman fakültəsində təhsil alıb. 1994-cü ildə aspiranturada təhsil almışdır. “İngilis klassik ədəbiyyatında portet problemi (C.Çoser, V.Şekspir, C.Qolsuorsi yaradıcılığı əsasında)” adlı dissertasiya mövzusunu müdafiə etmiş, 1998-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2005-ci ildə (Azərbaycan Respublikası Prezident yanında Ali Attestasiya Kommisiyasının qərarı ilə) dosent diplomu almışdır. S.S. Zeynalova 2014-cü ildə filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün “Azərbaycan ədəbiyyatında Qərb mövzusu (Qərbli obrazının inikası və Qərb ədəbi-estetik dəyərlərindən təsirlənmə problemi)” adlı dissertasiya mövzusunu müdafiə etmişdir.
S.S.Zeynalova 1993 – 2000-ci illərdə Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası kafedrasında müəllim, 1999 – 2007-ci illərdə İlyas Əfəndiyev adına Fondun Təlim mərkəzinin direktoru, 2006 – 2008-ci illərdə zərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasında (0,5 ştat) müəllim, 1999-2010-cu illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində Xarici dillər kafedrasının müdiri, 2011 – 2014-cü illərdə zərbaycan Müəllimlər İnstitutunun Xarici dillər kafedrasının dosenti (0,5 ştat əvəzçilik qaydasında), 2010 – 2014-cü illərdə Azərbaycan Dillər Universitetində Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsi nəzdində Xarici dillər kafedrasının dosenti, 2014 – 2017-ci illərdə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin nəzdində İngilis dilinin üslubiyyatı kafedrasının müdiri, 2017 – 2019-cu ilin mart ayının 29-dək Azərbaycan Dillər Universiteti Filologiya və jurnalistika fakültəsinin nəzdində İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri və 2019-cu ilin mart ayından noyabr ayınadək ADU-nun Elmi işlər üzrə prorektoru olub. 2019-cu ilin noyabr ayından Tədris məsələləri üzrə prorektordur. Sevinc Saday qızı Zeynalova 2019-cu ilədək 2 monoqrafiyanın, 1 kitabın, 5 metodik vəsaitin, fənn proqramlarının və 50-dən artıq elmi məqalənin müəllifidir.
Elmi fəaliyyət
2018
AAK-ın Humanitar Elmlər üzrə Ekspert Şurasının üzvü
2016-2017
ADU-nun nəzdindəki D.02.081 Dissertasiya Şurasının Elmi Seminarının sədri
2015-2016
Magistr dissertasiyalarının Müdafiəsi üzrə Elmi Şuranın sədri
Sertifikatlar
• 10th Intemational ELT Research Conference (New Perspectives in Quality Leaming and Teaching in ELT ) Antalya/Turkey
• Sabah Qrupları müəllimləri üçün təşkil olunmuş “Müasir Müəllimin Fərdi İşçi Planının (syllabus) Tərtibi” təlimi
• Fall 2016 English Language Teaching Workshop Series at AUL (English Language Programs by U.S. Department of State)
• Pearson LCCI Certifıcate in Teaching English as Foreign Language with grade Distinction, 2015
• AUL Academic Writing and Reading Center Certificate, 2015
• Certificate of Participation (F+U Academy of Languages in Heidelberg), 2014
• British Council Training Courses, ADU, 2013
• Certificate of participation at “Webinars”, ADU, 2012
• “Modern Methodology Teacher” Training Course. Open Society Institute. Azerbaijan, 2003-2004
• Completed professional courses: MS Word, MS Excel. 2003
• “Current Trends in ELT Methodology”. British Council. 1997
Əlaqə:
Tel: (+99412) 440-10-64