RƏHBƏRLİK

Anar İmran oğlu Osmanlı, Azərbaycan Dillər Universiteti rektorunun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru,  1979-ci ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1996-ci ildə Bakıda 54 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot – İqtisad” fakültəsini “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2002-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2002-2005-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının əyani aspirantı olub.

2006-2017-ci illər AMEA Coğrafiya İnstitutunda ümumi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

2014-cü ildə “Müəssisə aktivlərinin qiymətləndirilməsi və uçotu modelləri” adlı namizədlik dissertasiyası müdafiə edib.

2017-ci ilin iyun ayında Azərbaycan Dillər Universiteti rektorunun məsləhətçisi vəzifəsinə təyin edilib.

25-ə yaxın elmi məqalənin müəllifidir. Məqalələr bir çox beynəlxalq nüfuzlu jurnallarda dərc olunub.

Anar Osmanlı Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının fəal üzvlərindən biridir.

 

Əlaqə:
Tel: (+99412) 564 06 51
E-mail: anarosmanli014@gmail.com