ADU haqqında

İtalyan mərkəzi

İtalyan mərkəzi 2009-cu ildə Azərbaycan Dillər Universiteti (ADU) və İtaliya  səfirliyi arasında qarşılıqlı razılaşmanın nəticəsi olaraq yaranmışdır.

Universitetdə Tərcümə fakültəsi fəaliyyət göstərdiyindən, mərkəzin yaranması bu işdə universitetin müəllim və tələbə heyətinə öz töhfəsini vermişdir.

Hal-hazırda mərkəzin kitab fondu 800-ə yaxındır, bundan başqa, audio, video kasetlər, italyanca nəşr olunan qəzet və jurnallar da tələbələrin ixtiyarına verilib. Mərkəzin kitab fondu demək olar ki, elmin bütün sahələrini əhatə edir. Həmçinin italyan ədəbiyyatının məşhur ədibləri İtalo Calvino, Carlo Goldoni, Giovanni Verga, eləcə də müasir italyan ədəbiyyatı nümunələrini, müxtəlif sahələri əhatə edən  lüğətləri  mərkəzdə əldə etmək olar. Mərkəzdə 240 video, 300 audio kaset, 200 CD, 20 adda qəzet və jurnal var.

Hər il İtaliyanın Bakıdakı səfirliyi tərəfindən  mərkəzə müəyyən sayda kitab, qəzet və jurnallar göndərilir. 2018- ci il üçün də Italiyanın Azərbaycandakı səfirliyi mərkəzin yeni kitablar ilə təmin olunması barədə müraciət gondərib. Müəllimlər elmi-tədqiqat işlərində mərkəzin vəsaitlərindən istifadə edirlər. Mərkəzdə 15-16 nəfərin rahat şəkildə oturub resurs fondundan  istifadə etməsi  üçün hər bir şərait var.

Mərkəz yalnız kitabxana kimi fəaliyyət gostərmir. Belə ki, İtalyan dili mərkəzində  2010-cu ildən başlayaraq bir sıra seminarlar, onlayn təlimlər, kino günləri, İtalyan dili həftələri və digər çoxsaylı tədbirlər keçirilir.

 

 

İtalyan mərkəzinin müdiri

Cəfərova Nərgiz Həsənağa qızı

Tel: (+99412) 564-41-32

E-mail[email protected]