ADU-da “Psixi sağlamlıq günü” keçirilib

132

Təhsil 2 fakültəsi və Psixologiya kafedrasının birgə təşkilatçılığı ilə müəllim-psixoloqlar Sevinc Əmirova, Mətanət Həsənova, Ceyhun Alıyev, Könül Haqverdiyeva, Ceyhunə Dəmirova 10 oktyabr “Psixi sağlamlıq günü” münasibətilə universitetin tələbə və müəllim heyəti ilə psixoloji diaqnostika aparıblar.

Kafedranın müəllim-psixoloqu Tahirə İbrahimova bu gün münasibətilə 114-cü qrupda şəxsiyyətlərarası münasibətləri müəyyənləşdirmək üçün sosiometrik sorğu keçirib.

Tələbə və müəllimləri narahat edən problemlər müəyyənləşdirilib və müvafiq tövsiyələr verilib. Psixoloji diaqnostikadan keçən tələbə və müəllimlər prosedurdan razılıqlarını bildirərək, bu kimi tədbirlərin davamlı olmasını arzulayıblar.

Psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru Şəlalə Babayeva qeyd edib ki,  tədbirin silsilə şəklində ayda bir dəfə keçirilməsi nəzərdə tutulub.

SHARE