“Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninqlər təşkil olunub

132

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Multikulturalizm mərkəzi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün treninqlər təşkil olunub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi göstərişinə əsasən təşkil olunan treninqlərdə ölkənin müxtəlif ali təhsil müəssisələrindən 85 nəfərə yaxın müəllim iştirak edib. Treninqlər 2-6 sentyabr və 9-13 sentyabr 2019-cu il tarixlərini əhatə edir.

Treninqlərdə BBMM-in mütəxəssisləri Rəşad İlyasov ““Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti. Multikulturalizmə liberalism və kommunitarizm yanaşmaları”, Asəf Qənbərov “Dinin mahiyyəti və onun təzahür formaları. Müasir dövrdə din”, Güney Həsənova “Buddizm, Konfutsiçilik, Daosizm, Sintoizm, Hinduizm, Caynizm, Siqhizm”, Elnurə Həsənova “Zərdüştilik, Yəhudilik, Xristianlıq”, Anar Qafarov “İslam, Qədim türk inancları”, Eyyub Kərimov “Etnik müxtəliflik və milli ideya”, Rəhim Rəhimov “Multikulturalizm etnik – mədəni müxtəlifliklərin tənzimlənməsinin səmərəli siyasət modeli kimi. Müasir dövrdə Azərbaycanda multikulturalizm”, Billurə Aslanova “Multikulturalizmin cəmiyyətin siyasi, iqtisadi, sosial və mədəni inkişafına təsiri”, Şəmşad Əlizadə “Etnik-mədəni müxtəlifliyin və multikultralizm siyasətinin ölçülməsi. Miqrant inteqrasiya siyasəti indeksi (MİPEX)”, Rəfi Qurbanov “Müasir dövrdə Qərb ölkələrində etnik – mədəni müxtəliflik və onun tənzimlənməsi” mövzularında mühazirələrlə çıxış ediblər.

SHARE