“TÜRK DÜNYASININ GÖRKƏMLİ İCTİMAİ-SİYASİ XADİMİ ƏHMƏD BƏY AĞAOĞLU” konfransı keçiriləcək

122

Hörmətli həmkarlar!

19-20 sentyabr 2019-cu il tarixlərində Azərbaycan İlahiyyat İnstitutunda “TÜRK DÜNYASININ GÖRKƏMLİ İCTİMAİ-SİYASİ XADİMİ ƏHMƏD BƏY AĞAOĞLU” mövzusunda elmi konfrans keçiriləcəkdir.

Konfransın istiqamətləri:

  1. Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı.
  2. Əhməd bəy Ağaoğlu türkçülük ideologiyasının banilərindən biri kimi.
  3. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Əhməd bəy Ağaoğlunun fəaliyyəti.
  4. Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında Əhməd bəy Ağaoğlunun rolu.
  5. Əhməd bəy Ağaoğlu yaradıcılığında multikultural dəyərlərin tərənnümü.
  6. “Difai” təşkilatının yaradılmasında Əhməd bəy Ağaoğlunun rolu.
  7. Əhməd bəy Ağaoğlu və qadın azadlığına çağırış.
  8. Əhməd bəy Ağaoğlunun ictimai-siyasi baxışları tədqiqatçıların araşdırmalarında.

 

Məqalələr (min. 1500 söz) aşağıda göstərilən elektron poçt ünvanlara göndərilməlidir.

[email protected]

[email protected]

 

Məqalələrin göndərilməsi üçün son tarix: 31.08.2019

Qeyd: Konfrans materialları kitab şəklində çap olunacaq.

Əlaqələndirici şəxslər:

Şəms Bağırova

(+99412)510 65 45 ; (+99451) 969 88 00

Şahin Ələsgərov

(+99412) 510 65 45 ; (+99455) 529 93 80

SHARE