“Nəsimi və intibah ideyaları” mövzusunda konfrans keçiriləcək

338

AZƏRBAYCAN DİLLƏR UNİVERSİTETİ

Nəsimi və intibah ideyaları” mövzusunda

Respublika elmi konfransı

11 oktyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində “Nəsimi və İntibah ideyaları” mövzusunda Respublika elmi konfransı keçiriləcəkdir.

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

1.Nəsimi və müasirləri

2.Nəsimi və bəşəri ideyalar

3.Nəsimi hürufizmi dünya ədəbi- fəlsəfi kontekstində

Sizi bu konfransda iştiraka dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, ingilis, rus.

Konfransa göndərilmiş və təşkilat komitəsinin müsbət rəy verdiyi məruzələrin tam mətni çap ediləcəkdir.

Məruzələrin son göndərilmə tarixi:          

1 sentyabr 2019-cu il

Məruzələrin  tərtibinə qoyulan tələblər:

  • müəllifin (müəlliflərin) adı, soyadı, ata adı – 12 pt, tünd rənglə (səhifənin yuxarısında sağda);
  • təmsil etdiyi müəssisənin adı – 12 pt, tünd rəng;
  • məruzənin adı – 14 pt, tünd rəng, ortadan;
  • məruzənin həcmi – 5-7 səhifə, (ədəbiyyat siyahısı daxil olmaqla), format–A4, səhifələr nömrələnmir;
  • açar sözlər (3-5 söz, məruzənin yazıldığı dildə) – 12 pt, tünd rəng;
  • məruzənin mətni Times New Roman şrifti, 12 pt ilə çap olunur;
  • yuxarıdan – 3 sm, aşağıdan – 2 sm, soldan –2 sm, sağdan – 2 sm;
  • sətirlərarası məsafə (interval) –1,5 sm;
  • ədəbiyyata istinadlar aşağıdakı şəkildə edilir: mənbələr kvadrat mötərizədə göstərilir [Əhmədov, 2016, 1-2], ədəbiyyatın siyahısı əlifba sırası ilə düzülür.
  • məruzə elektron və ya kağız variantda təqdim olunmalıdır;

 

Konfransın təşkilat komitəsinin ünvanı:

Az 1014, Bakı şəhəri, R.Behbudov küçəsi 134, Azərbaycan Dillər Universiteti, Elmi əməkdaşlıq  şöbəsi (302-ci otaq).

Təşkilat komitəsi ilə əlaqə nömrələri:

Tel:(+994 12) 441 22 78  (2 57)

Mob:(+994 77) 588 19 31(S.R.İmanova)

E-mail:   [email protected]

 

QEYDİYYAT VƏRƏQİ

Nəsimi və intibah ideyaları” mövzusunda Respublika

elmi  konfransı

İştirakçının adı, atasının adı,  soyadı, elmi dərəcəsi, elmi adı                                                      
Təmsil etdiyi müəssisə, şəhər  
Telefon nömrəsi, elektron ünvanı  

 

 

SHARE