ADU-nun Dil və Tərcümə Xidmətləri Mərkəzində TKT təlimi keçirilir

195

İyunun 25-də Azərbaycan Dillər Universitetinin (ADU) Dil və Tərcümə Xidmətləri Mərkəzində Avrasiya Universitetinin tərcümə kafedrasının bir qrup ingilis dili müəllimələri TKT (Teaching Knowledge Test) təliminə başlayıb.

Dil və Tərcümə Xidmətləri Mərkəzi daha əvvəl Azərbaycan Dövlət Peqaqoji Universitetinin bir qrup İngilis dili müəllimlərinə də TKT təlimini uğurla keçib. Qeyd edək ki, TKT təlimində iştirakçılar ilk növbədə peşəkar sahədə biliklərini artırırlar. TKT müəllimlik peşəsinə başlayanlar üçün də gərəkli təlimdir, belə ki, TKT gənc müəllimlərə metodikanın əsaslarını daha sistemli və müasir tələblərə uyğun şəkildə təqdim edir.

Təlimin üstünlüklərindən biri də sonda iştirakçıların beynəlxalq sertifikat əldə etmək imkanıdır.

SHARE