ADU-da Çinin ilk şairinə həsr edilmiş tədbir

61

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Duan-u” adlı Çin ənənəvi bayramı qeyd olunub.

Kult.az xəbər verir ki, bu bayram Çin müəllif poeziyasının qurucusu, Çin tarixində ilk lirik şair Qu Yuanın xatirəsinə həsr olunub.

Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin poeziyasının unikal fəlsəfəsi haqqında danışaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, “Bakı” jurnalının baş redaktoru Leyla Əliyevanın “Yaz” adlı şeirini Çin dilində oxuyub.

Tədbirdə çıxış edən ADU-nun Konfutsi İnstitutunun müəllimi Çen Xiaozhen və universitetin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri bayramın yaranma tarixi və ənənələri, həmin gün keçirilmiş əjdaha-qayıq festivalı, həmçinin klassik Çin poeziyasının əsas ənənəvi növləri haqqında danışıb.

Sonra ADU tələbələrinin çıxışında Qu Yuanın əsərlərindən olan “Sürgünün kədəri”, “Çu xətləri”, “Səma inciləri” və “Doqquz melodiyalar” adlı şeirlər səslənib.

Sonda qədim Çin poeziyasının tanınmış nümayəndələrinin həyat və yaradıcılıqlarından bəhs edən film nümayiş etdirilib.

https://axar.az/news/hadise/382487.html

SHARE