Professor Adil Babayev Bəxtiyar Vahabzadəyə həsr olunan dərs keçib

169

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Nuridə Muxtarzadənin təşkilatçılığı altında Filologiya və Jurnalistika fakültəsinin 134 A/B qrup tələbələri ilə şair Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş “Bəxtiyar Vahabzadənin poeziyasında milli düşüncənin ifadəsi” adlı dərs keçirilib. Dərsə Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,Azərbaycan dilçiliyi kafedrasının müdiri,  professor Adil Babayev  dəvət olunub və Bəxtiyar Vahabzadə yaradıcılığında diqqətçəkən məqamlardan söhbət açıb. Adil Babayev şair Bəxtiyar Vahabzadənin onun müəllimi olduğunu qeyd edib, tələbəlik illərindən danışaraq unudulmaz xatirələrini tələbələrlə bölüşüb.

O, qeyd edibki, Bəxtiyar Vahabzadənin yaradıcılığının əsas qayəsi öz xalqını istiqlaliyyətə, milli azadlığa, bu yoldakı çətinliklərə əzmlə sinə gərməyə səsləmək idi. Həmçinin Bəxtiyar müəllimin təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevimlisi olduğunu vurğulayan Adil Babayev, onun bütün ömrünü öz millətinin və dövlətinin müstəqilliyinə həsr etdiyini söyləyib.

Dərs zamanı Adil Babayev tələbələrin maraqlı suallarını da cavablandırıb. Sonda Bəxtiyar Vahabzadə yaradıcılığına xüsusi maraq göstərən tələbələr ustad-şairin maraqlı müsahibə və əvəzsiz məsləhətlərindən ibarət  videoçarxı təqdim edib və onun yaradıcılığından şeirlər səsləndiriblər.

SHARE