ADU-nun rektoru Türkiyənin Atılım Universitetinin nümayəndələri ilə görüşüb

256

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Türkiyənin Atılım Universitetinin prorektoru, professor Serkan Eryılmaz, Fənn ədəbiyyat fakültəsinin dekanı professor Ayfer Altay, Araşdırma və inkişaf şöbəsinin direktoru dosent Yılser Devrim ilə görüşüb.

Rektor K.Abdulla qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Universitet rəhbəri ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb. Rektor Atılım Universiteti ilə əlaqələrin qurulmasında nümayəndələrin dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb. Kamal Abdulla iki ölkə arasında münasibətlərin inkişafında universitetlərarası əlaqələrin qurulmasının faydasından danışıb. Universitetdə 20-dən çox dilin tədris olunduğunu söyləyən rektor müəllimlərin Atılım Universitetində təcrübə keçmələrini məqsədəuyğun hesab edib.

 Kamal Abdulla həmçinin Azərbaycanın multikultural ənənələrindən də söz açıb.

Qonaqlar səmimi qəbula görə təşəkkürlərini bildirib. Azərbaycanın dinamik inkişafda olan ölkə olduğunu deyən təmsilçilər xoş münasibətlə ölkədəki qonaqpərvərlikdən danışıblar. Nümayəndələr ADU ilə əməkdaşlıq çərçivəsində böyük işlər görmək və birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını diqqətə çatdırıblar.

Daha sonra tələbə və müəllim mübadiləsi, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.

SHARE