ADU-da “Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti” adlı dəyirmi masa keçirilib

241

Mayın 2-də Azərbaycan Dillər Universitetində (ADU) “Heydər  Əliyev və Azərbaycanın təhsil siyasəti” adlı dəyirmi masa keçirilib.

Açılış nitqi ilə çıxış edən Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri dosent Əmralı Şirəliyev ulu öndərin Azərbaycan təhsilinə verdiyi töhfələrdən və mühüm təhsil strategiyasından bəhs edib. O, Heydər Əliyevin təhsil siyasətinə toxunaraq bildirib ki, hər bir gənc onun müdrik həyatından örnək götürməli, onun həyat yolundan faydalanmalıdır.

Sonra ümummilli liderin təhsil siyasətindən bəhs edən videoçarx təqdim olunub.

Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri Qahirə Axundova çıxışında Azərbaycan təhsilinin ulu öndər siyasətində yeni baxışın və dünyagörüşünün parlaq nümunəsi kimi gələcəyimizə böyük inkişaf yolu açdığını vurğulayıb. O, Heydər Əliyevin uzaqgörən, müdrik siyasi görüşünün təhsil sferasında günəş kimi parlaq və möhtəşəm olduğunu vurğulayıb.

Çıxışçılar sırasında Ülfət İbrahim, Yaşar Nuriyev, Kamilə Mustafayeva, Qələmşah Heybətov ulu öndərin Azərbaycan təhsili ilə bağlı fikirlərini dəyirmi masa iştirakçıları ilə bölüşüb.

Dəyirmi masa tələbə və qonaqların ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin uğuru və bu siyasətə yeni prizmadan yanaşma kontekstlərinin təqdim olunması ilə başa çatıb.

SHARE