ADU-da millət vəkili Rasim Musabəyovla görüş keçirilib

383

Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə “Analitik düşüncə” klubu çərçivəsində millət vəkili Rasim Musabəyovla “Dəyişən dünyada geosiyasət: Dağlıq Qarabağ” mövzusunda görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Aidə Yusifzadə iştirakçıları salamlayıb və sözü millət vəkili Rasim Musabəyova verib.

Rasim Musabəyov Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərindən və mərhələlərindən söz açıb. O, həmçinin tərəflərin iqtisadi vəziyyəti və siyasi mövqelərinə toxunub, Rusiyanın münaqişədəki rolundan danışıb.

Tədbirdə Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli, kafedra müdirləri, elmi tədqiqat laboratoriyalarının müdirləri, müəllimlər və tələbələr iştirak ediblər.

SHARE