ADU-nun Təhsil fakültəsində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib

490

Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Təhsil fakültəsinin professor-müəllim heyəti və tələbələri iştirak edib.

Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov Mart soyqırımı, həmçinin müstəqillik illərində faciəli hadisələrlə bağlı dövlətimizin verdiyi siyasi qiymət haqqında məlumat verib.

Rektorun müşaviri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Anar Osmanlı Mart soyqırımına Ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilməsi istiqamətində görülən işlər haqqında danışıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində aparılan siyasəti diqqətə çatdırıb.

Təhsil fakültəsinin Tədris işləri üzrə dekan müavini, Qafqazşünaslıq kafedrasının dosenti Qorxmaz Mustafayev XIX əsrdən çar Rusiyasının dəstəyi ilə  torpaqlarımıza köçürülmüş ermənilərin xalqımıza qarşı törətdiyi qırğın siyasətinin məqsədli olduğunu vurğulayıb. 1918-ci ilin mart-aprel hadisələrində Bakı Sovetinin sədri S.Şaumyanın başçılığı ilə daşnak-bolşevik birliklərinin Bakı quberniyasında törətdiyi qırğınlar, digər erməni təşkilatları tərəfindən ümumilikdə 1917-1920-ci illərdə  bütün Azərbaycanın torpaqlarında 150 minə qədər türk, müsəlman əhalisinin məhv edilməsi haqqında məlumat verib.

Qafqazşünaslıq kafedrasının dosenti Namiq Kərimov Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə İstintaq Komissiyasının fəaliyyətindən, hadisələrə düzgün siyasi qiymət verməsindən danışıb və ermənilərin törətdikləri vəhşilikləri faktlarla diqqətə çatdırıb.

Tədbirdə kafedra müdirləri, professorlar Məsməxanım Qazıyeva, Sərxan Abdullayev, Fərman Zeynalov, Gülnar Hüseynzadə, dosent Amil Cəfərov Mart soyqırımı barəsində öz fikir və mülahizələrini bildiriblər.

Tədbirin sonunda fakültənin dekanı, professor Fikrət Cahangirov tələbələrə bu hadisələri unutmamağı və həmişə dövlətimizin mənafeyini qorumağı tövsiyə edib.

SHARE