ADU əməkdaşları Kəlbəcər məktəbinə ezam olunublar

379

Azərbaycan Dillər Universitetinin müəllim heyəti – dosent Ədalət Abdiyeva, dosent Aidə Yusifzadə, dosent Sevdagül Əliyeva, dosent Nərgiz Seyidova, Xarici dillər kafedrasının müəllimi Arəstə Xudiyeva, Pedaqogika kafedrasının baş müəllimi Sevda Xaspoladova, ADU Konfutsi İnstitutunun müəllimi Mairui Jieken Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 1 saylı köçkün orta məktəbinə ezam olunublar.

Səfər çərçivəsində məktəbdə təcrübə keçən tələbələrlə birgə “Nəsimi ili” ilə əlaqədar tədbir keçirilib.

Daha sonra universitet əməkdaşları məktəbin müəllim və şagird heyətinə Multikulturalizm barədə ətraflı məlumat verib, yekunda isə Mairui Jieken “Çini tanıyaq” adlı layihə əsasında şagirdlərə Çin mədəniyyəti ilə bağlı suallar verib, fəal iştirak edən tələbələr müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Bundan əlavə ADU-nun əməkdaşları tərəfindən məktəbin kitabxanasına dərslik və dərs vəsaitləri, müəllimlərə, həmçinin şagirdlərə həvəsləndirici hədiyyələr təqdim edilib.

SHARE