ADU-nun tələbəsi çempion olub

297

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin 341a qrup tələbəsi Səməd Əliyev sambo idman növü üzrə çempion adını qazanıb.

Fevralın 1-dən 3-dək Bakı Əl Oyunları sarayında keçirilən yeniyetmələr, gənclər və kişilər arasında Azərbaycan birinciliyində tələbəmiz 52 kq çəki dərəcəsində qalib olub.

16 nəfər gəncin arasından çempion olan S.Əliyev diplom, kubok və medalla təltif edilib.

SHARE