ADU-nun tələbələri Xocalı faciəsinə həsr olunan videoçarx hazırlayıb

847

Azərbaycan Dillər Universitetinin Tələbə Həmkarlar Təşkilatının Sosial məsələlər üzrə Departamenti Xocalı faciəsinin 27-ci ildönümü münasibəti ilə videoçarx hazırlayıb.
Çarxda tələbələr Xocalı faciəsi haqqında danışıb, Azərbaycan xalqının başına gətirilən bu müsibətlə bağlı Azərbaycan, rus, ingilis dillərində, o cümlədən eşitmə məhdudiyyəti olan insanlar üçün işarət dilində məlumat veriblər.
Layihənin rəhbəri ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Rəşid Tağıyevdir.

SHARE